16 Mart 2018 15:43
1 202
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Silahlı Qüvvələri Azad Suriya Ordusu ilə birlikdə Afrində “Zeytun budağı” hərəkatını uğurla davam etdirir.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, türk ordusu strateji cəhətdən vacib olan Şeyx Bilal, Kiçik meydan, Kurdanə kəndlərini və 801 nömrəli yüksəkliyi azad edib.

Qeyd edək ki, bu gün səhər saatlarında Yuxarı Meksi və Aşağı Meksi kəndləri ilə 524 və 544 nömrəli yüksəkliklər azad edilmişdi. Ümumilikdə əməliyyatlar başlandığı gündən bu yana döyüşlər zamanı 3530 terrorçu məhv edilib.


Müəllif: Samir