17 Mart 2018 12:29
4 046
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Xarici İşlər Nazirliyi Böyük Britaniyanın bu ölkədəki 23 diplomatını persona non-qrant elan edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Rusiya XİN məlumat yayıb.

Məlumatlara görə, həmin şəxslər bir həftə ərzində Rusiyanı tərk etməlidirlər.

Bundan başqa, Rusiya XİN Britaniyanın Sankt-Peterburq şəhərində baş konsulluğunun açılması məsələsini təxirə salıb.

Qeyd edək ki, İngiltərədə sabiq rus casusu Sergey Skripal və qızı Yuliyaya qarşı törədilən kimyəvi hücumdan sonra Britaniyanın Baş naziri Tereza Mey ölkədəki 23 rus diplomatının deportasiya ediləcəyini açıqlayıb.


Müəllif: Samir