17 Mart 2018 14:53
3 249
12 Punto 14 Punto 16 Punto 18 Punto

Afrinə daxil olduq, olmaqdayıq. Artıq an məsələsidir. Sizlərə hər an müjdə verə bilərik.

Teleqraf.com-un "Haber7" saytına istinadla verdiyi xəbərə görə, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Mardində çıxışı zamanı deyib.

Ərdoğan "Zeytun budağı" əməliyyatında 3569 terrorçunun məhv edildiyini bildirib: "Fəth yaxındır... O müjdəyə doğru irəliləyirik".

Türkiyə Prezidenti bir daha Suriya torpaqlarına terrorçuları zərərsizləşdirmək üçün daxil olduqlarını deyib: "Bizim Suriya torpaqlarında gözümüz yoxdur. Terror dəhlizindən ölkəmizə qarşı edilən təcavüz hərəkətlərindən bezdik və lazımi addımı atdıq".


Müəllif: Mahir