8 Avqust 2014 16:09
1 758
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində ölkəmizdə akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşelərinin iştirakı ilə tədbir keçirilib.

Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Ramiz Nəcəfov və mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində son zamanlar yaranan gərginliklə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verərək, onları atəşkəsin pozulması, düşmənin müdafiənin ön xəttinə etdiyi basqın cəhdlərinin səbəbləri və nəticələri barədə obyektiv informasiya ilə təmin ediblər.

Sonda tədbir iştirakçılarının sualları ətraflı cavablandırılıb.

BƏXTİYAR


Müəllif: