8 Avqust 2014 16:57
888
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkənin şərqində antiterror əməliyyatı keçirən Ukrayna Silahlı Qüvvələri iki strateji əhəmiyyətli nöqtəni ələ keçirib

Ukrayna saytlarına istinadən verdiyi məlumata görə, ordu Donbass bölgəsində Miusinsk və Panteleymonovka adlı yaşayış məntəqələrini azad edib və separatçılar üçün vacib olan yolları kəsib. Bunu separatçıların özləri də etiraf edib.

“Düşmən Miusinsk yaşayış məntəqəsini ələ keçirərək Snejnıy və Krasnıy Luç arasındakı yolu, Panteleymonovkanı ələ keçirərək isə Makeyevka və Qorlovka arasındakı yolu kəsib. Vəziyyət kritik olaraq qalır”, - deyə qondarma “Donetsk Xalq Respublikası”ndan bildiriblər.

Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının spikeri Andrey Lısenko da faktı təsdiqləyib.

/APA/


Müəllif: