8 Avqust 2014 21:09
1 122
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Günaydın” verlişinin bu günki buraxlışında istehlakçılardan söhbət aparılıb. Verlişə qonaq qismində təşrif buyuranlar arsında xanım millət vəkili Jalə Əliyeva da olub


Mövzu ilə bağlı fikirlərini bölüşən Jalə Əliyeva, ölkəmizdə bəzi böyük ticarət mərkəzlərində istehlakçıların hüquqlarının pozulması hallarının şahidi olduğu barədə maraqlı açıqlamalar edib:


“Dünyada böyük marketlərdə artıq qəbul olunmuş bir standart var. İstehlakçı alış-veriş etmək üçün daxil olduğu ticarət mərkənizə əlində böyük çanta varsa mütləq onu müəyyən bağlı bir saxlanca qoyub gedib rahat şəkildə özünə lazım olan məhsulu seçə bilər. Qadınların üzərlərində kiçik əl çantası olur ki, bizdə onunla belə içəri keçəndə mühafizə xidməti icazə vermir. Heç inandırım ki, onun içinə bir telefon güclə yerləşir. Müdriyyətlə bu barədə söhbət edən zaman onlar bunun səbəbini oğurluq halları ilə əlaqələndirirlər. Oğurluq edirlər kameralarınızı çoxaldın, mühafizəçilərinizi artırın. Bu artıq istehlakçının hüququnun pozulması deməkdir. Demək sizin özünüzdə problem var. Belə halnan realda həqiqətən qarşılaşmışıq. Müdir mühafizəçisinə görün o zaman nə deyib: “Bunu hər kəsə etmə. Bax içəri girən şəxsə, gör hansı səviyyədə adamdır”. Deməli potensial olaraq bunlar hər kəsi oğru hesab edir”.

/gecce.az/


Müəllif: