9 Avqust 2014 11:00
1 250
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənilərin atəşkəsi pozması nəticəsində Azərbaycanın daha bir dinc sakinini yaralanıb

Ağstafa rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə rayonun Ermənistanla sərhəddə yerləşən Köhnə Qışlaq kəndi ərazisində qeydə alınıb. Ermənistan silahlı birləşmələrinin atəşkəsi pozması nəticəsində kənd sakini, 16 yaşlı Kamran İmran oğlu Tağıyev güllə yarası alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Polisdən həmçinin bildirilib ki, K. Tağıyev 10-cu sinif şagirdidir.

/APA/


Müəllif: