9 Avqust 2014 11:06
1 107
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Ordusunda daha bir ölüm hadisəsi baş verib

Teleqraf.com-un məlumatına görə, hadisə Müdafiə Nazirliyin Naxçıvan Muxtar Respublikasında yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb.


Hərbi hissənin əsgəri Seyran Eynulla oğlu Hənifəyev qəfildən dünyasını dəyişib. Əsgərin ölümünə kəskin ürək və tənəffüs çatışmazlığı səbəb olub.


Müdafiə Nazirliyinin mətbuat xidmətindən əsgərin ölüm faktını təsdiqləyiblər.


Faktla bağlı Hərbi Prokurorluq tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.


Müəllif: