9 Avqust 2014 16:16
744
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün İkinci Dünya Müharibəsi zamanı ABŞ qüvvələri tərəfindən Yaponiyanın Naqasaki şəhərinə atom bombasının atılmasının 69-cu ildönümü qeyd edilir

Naqasakidə Sülh Parkında keçirilən kütləvi anım mərasimində Yaponiyanın Baş naziri Sindzo Abe, ABŞ-ın Yaponiyadakı səfiri Karolin Kennedi də daxil olmaqla, minlərlə adam iştirak edib. Onların arasında 51 ölkənin nümayəndələri də olub.

Atom bombasının Naqasakiyə atıldığı vaxtda, yəni saat 11:02-də sülh zəngləri çalınıb və qurbanlar 1 dəqiqəlik sükutla yad ediliblər.

Naqasakiyə atom bombasının atılması nəticəsində 70 min, ondan üç gün əvvəl Hirosimaya atom bombası atılması nəticəsində isə 140 min adam həlak olmuşdu.

/anspress/


Müəllif: