17 Aprel 21:59

2018.04.12 12:00

Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Prezidenti İlham Əliyevi seçkidə qazandığı qələbə münasibətilə təbrik edib.

Teleqraf.com xəbər verir ki, bu bardə Belarus prezidentinin mətbuat xidməti məlumat yayıb.

“Səsvermənin nəticəsi seçicilərin güclü və çiçəklənən Azərbaycanın qurulması istiqamətində aparılan ardıcıl siyasətlə yüksək həmrəyliyini təsdiq etmiş oldu. Əminəm ki, Sizin dövlət başçısı kimi məsul vəzifədəki fəaliyyətiniz bundan sonra da ölkənin iqtisadi gücünün və beynəlxalq nüfuzunun artırılmasını təmin edəcək, dost Belarus-Azərbaycan dövlətlərinin münasibətlərinin hərtərəfli inkişafına töhfə verəcək”, - təbrikdə qeyd olunub.

Lukaşenko həmçinin İlham Əliyevə möhkəm can sağlığı, xoşbəxtlik, tükənməz enerji və nəzərdə tutulan planların həyata keçirilməsində uğurlar arzulayıb.

***

İran İslam Respublikasının Prezidenti Həsən Ruhani İlham Əliyevi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə təbrik edib.

Təbrikdə deyilir: "Sizə yenidən Azərbaycan Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə səmimi təbriklərimi çatdırıram. Bu seçkilər göstərdi ki, Azərbaycan xalqı hökumətin planlarını dəstəkləyir və Sizin rəhbərliyiniz altında ölkənin inkişaf yolunun davam etdirilməsində maraqlıdır. İran İslam Respublikası və Azərbaycan Respublikası arasında dostluq və qardaşlıq əlaqələrinin iki ölkənin hakimiyyətlərinin səyləri sayəsində davam edəcəyinə şübhə etmirəm".

Həsən Ruhani Prezident İlham Əliyevə möhkəm cansağlığı, uğurlar və Azərbaycan xalqına çiçəklənmə arzulayıb.

***

Aprelin 12-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Şavkat Mirziyoyev İlham Əliyevi prezident seçkilərində inamlı qələbə qazanması münasibətilə təbrik edib, ona ölkəmizin inkişafı və xalqımızın firavanlığı naminə prezidentlik fəaliyyətində uğurlar arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Şavkat Mirziyoyeva minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı dövlət başçıları ölkələrimiz arasında dostluq münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə əminliklərini bildiriblər.

***

Tacikistan Prezidenti Emoməli Rəhmon İlham Əliyevi prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edib.

Təbrik məktubunda deyilir: “Azərbaycan xalqı iradəsini ifadə etməklə bir daha Sizin rəhbərliyiniz altında aparılan və ölkənin dayanıqlı çiçəklənməsinə və beynəlxalq arenada nüfuzunun möhkəmlənməsinə yönəlmiş siyasətinə yüksək etimad nümayiş etdirdi.

Sizin çoxillik əmək və səyləriniz sayəsində Azərbaycan sosial-iqtisadi inkişafında mühüm uğurlara nail olub və biz öz dostlarımızın nailiyyətlərinə ürəkdən sevinirik.

Biz əminik ki, növbəti illərdə Tacikistan-Azərbaycan qarşılıqlı fəaliyyəti hər iki ölkənin maraqları çərçivəsində inkişaf edəcək. Bunun üçün mən Sizinlə birgə səy göstərməyə hazıram.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik və dost Azərbacan xalqının rifahı naminə yeni nailiyyətlər arzu edirəm".

***

Gürcüstan prezidenti Giorgi Marqvelaşvili İlham Əliyevi yenidən Azərbaycan prezidenti seçilməsi münasibətilə təbrik edib.

G. Marqvelaşvili təbrikində iki ölkə arasında münasibətlərin bundan sonra da inkişaf edəcəyinə ümidvar olduğunu deyib:

“Dostum İlham Əliyevi yenidən Azərbaycan Respublikasının prezidenti seçilməsi münasibətilə təbrik edirəm. İnanıram ki, Gürcüstan və Azərbaycan arasında əsrlər boyu mövcud olan dostluq münasibətləri xalqlarımızın rifahı naminə bundan sonra da davam edəcək”.

G. Marqvelaşvili İlham Əliyevə Azərbaycan xalqının sülh və rifahı naminə dövlət fəaliyyətində uğurlar arzulayıb.

***

Rusiya Prezidenti Vladimir Putin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə İlham Əliyevə təbrik məktubu göndərib.

Rusiya lideri qeyd edib ki, onun inamlı qələbəsi yüksək siyasi nüfuzunu aydın şəkildə təsdiq edir.

"Seçkilərdə inamlı qələbə İlham Əliyevin yüksək siyasi nüfuzunu aydın şəkildə təsdiq edir, Azərbaycanın qarşısında duran aktual sosial-iqtisadi və xarici siyasət məsələlərinin həllində onun xidmətlərinin qiymətləndirildiyini göstərir", - məktubunda deyilir.

Vladimir Putin Moskva ilə Bakı arasında dostluq və yaxşı qonşuluq əlaqələrinin gücləndirilməsi üzrə səylərini yüksək qiymətləndirib. Rusiya lideri birgə səylərlə bütün sahələrdə məhsuldar ikitərəfli əməkdaşlığı, həmçinin regional və beynəlxalq məsələlərdə qarşılıqlı tərəfdaşlığı genişləndirəcəyinə əminliyini ifadə edib. Onun sözlərinə görə, bu, Rusiya və Azərbaycan xalqlarının əsas maraqlarına cavab verir.

***

Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov İlham Əliyevə prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbrik teleqramı göndərib.

Təbrikdə deyilir: “Azərbaycan Respublikasının Prezident vəzifəsinə seçilməyiniz münasibətilə mənim səmimi və ürəkdən təbriklərimi qəbul edin! Sizin inamlı qələbəniz Azərbaycan xalqının Sizin həyata keçirdiyiniz və Azərbaycanın sabit və hərətərəfli inkişafına yönəlmiş siyasi kursunuza etimadının göstəricisidir. Əminəm ki, birgə səylərlə Qırğızıstan-Azərbaycan münasibətləri gələcəkdə də qarşılıqlı hörmət və etimada əsaslanaraq genişlənəcək və dərinləşəcək”.

Sooronbay Jeenbekov Prezident İlham Əliyevə möhkəm cansağlığı, xoşbəxtlik dövlət fəaliyyətində uğurlar, dost Azərbacan xalqına sülh və firavanlıq arzu edib.

***

Aprelin 12-də Macarıstanın Baş naziri Viktor Orban Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Viktor Orban İlham Əliyevi prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib, ona Azərbaycan xalqının rifahı naminə prezidentlik fəaliyyətində uğurlar arzulayıb.

Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə Viktor Orbana minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi bildirilib, əlaqələrimizin bundan sonra da genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulanıb.

***

Moldova Prezidenti İqor Dodon Azərbaycan Prezidenti İlham Əliyevi yenidən prezident seçilməsi münasibətilə təbrik edib.

***

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev İlham Əliyevi yenidən Azərbaycan Prezidenti seçilməsi münasibətilə təbrik edib.

Təbrikdə deyilir:

"Baş tutan seçkilərdə qazandığınız qələbə xalqın Sizin vətəndaşların rifahının yaxşılaşdırılmasına və beynəlxalq arenada ölkənin nüfuzunun möhkəmlənməsinə yönəlmiş yürütdüyünüz siyasəti dəstəklədiyini sübut edir", - təbrikdə deyilir.

O, həmçinin İlham Əliyevin dostluq və etimad əsasında Azərbaycan və Qazaxıstan arasında əlaqələrin möhkəmlənməsinə böyük töhfə verdiyini qeyd edib.

"Əminəm ki, iki ölkə arasında mövcud strateji əməkdaşlıq xalqımızın işıqlı gələcəyi naminə dinamik inkişaf etməkdə davam edəcək", - təbrik mətnində deyilir.

Sonda Qazaxıstanın dövlət başçısı qardaş Azərbaycan xalqına sülh və firavanlıq arzulayıb.

***

Aprelin 12-də Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Xaltmaaqiyn Battulqa İlham Əliyevi prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik edib, ona Azərbaycan xalqının və dövlətinin rifahı naminə prezidentlik fəaliyyətində uğurlar arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Prezident Xaltmaaqiyn Battulqaya minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı dövlət başçıları ölkələrimiz arasında əlaqələrin bundan sonra daha da möhkəmlənəcəyini əminliklə qeyd ediblər.

***

Binəli Yıldırım Azərbaycan Prezidentinə telefonla zəng edib.

Aprelin 12-də Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırım Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Trend Prezidentin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Türkiyənin Baş naziri Binəli Yıldırım İlham Əliyevə prezident seçkilərində inamlı qələbə qazanması ilə əlaqədar təbriklərini çatdırıb, Azərbaycan xalqının firavanlığı naminə prezidentlik fəaliyyətində uğurlar arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Binəli Yıldırıma minnətdarlığını bildirib.

Dövlətimizin başçısı İlham Əliyev və Baş nazir Binəli Yıldırım dostluq və qardaşlıq əlaqələrimizin bundan sonra da uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər.

***

Moskvanın və bütün Rusiyanın patriarxı Prezident İlham Əliyevi təbrik edib.

Moskvanın və bütün Rusiyanın patriarxı Kirilldən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Teleqraf.com-un məlumatına görə, təbrik mətnində deyilir:

"Zati-aliləri, hörmətli İlham Heydər oğlu.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Baş tutmuş seçkilərdə inamlı qələbəniz milyonlarla həmvətəninizin Sizə göstərdiyi yüksək etimada dəlalət edir. Əminəm ki, dövlət başçısı vəzifəsində uzun illər boyu qurucu əməyinizlə topladığınız zəngin idarəçilik təcrübəsi Sizin xalqınıza bundan sonra da eyni dərəcədə uğurla xidmət etməyinizə və ölkəni sosial-iqtisadi inkişaf yolu ilə inamla irəli aparmağınıza kömək edəcək.

Bu gün Azərbaycan dövlət hakimiyyəti orqanları ilə dini birliklərin səmərəli əməkdaşlığının gözəl nümunəsidir. Bu birliklər arasında Rus Pravoslav Kilsəsinin Bakı Yeparxiyası layiqli yer tutur. Ümidvaram ki, insanların mənəvi-əxlaqi tərbiyəsinə, etnoslararası münasibətlərin harmoniyasına və ictimai həmrəylik yaranmasına kömək edən bu qarşılıqlı fəaliyyət davam edəcək.

Sizə möhkəm cansağlığı və işlərinizdə uğurlar, Azərbaycan Respublikasının bütün xalqına sülh və firavanlıq arzu edirəm".

***

“ARETİ” Beynəlxalq Şirkətlər qrupunun prezidenti İqor Makarovdan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir: "Möhtərəm İlham Heydər oğlu. İcazə verin, yenidən Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə “ARETİ” Beynəlxalq Şirkətlər Qrupunun rəhbərliyi və kollektivi adından Sizə ən səmimi təbriklərimi çatdırım.

Seçicilərin mütləq əksəriyyətinin Sizə yenidən böyük etimad göstərməsi faktı, ilk növbədə, onu təsdiqləyir ki, Azərbaycan vətəndaşları Sizin müdrik rəhbərliyinizlə həyata keçirilən dövlət səviyyəli tədbirlərin uğurlarına inanırlar. Onlar həyatlarının yaxşılaşmasına ümidlərini həm doğma Vətəndə, həm də onun hüdudlarından kənarda şəksiz nüfuz sahibi olan müdrik, uzaqgörən siyasi xadimin və dövlət xadiminin adı ilə – Sizin adınızla bağlayırlar.

Əminik ki, Siz Azərbaycan Respublikasının hərtərəfli sosial-iqtisadi inkişafı və beynəlxalq arenada onun mövqelərinin möhkəmlənməsi istiqamətində inamlı irəliləyişi böyük ruh yüksəkliyi ilə davam etdirəcəksiniz.

Sizə möhkəm cansağlığı, tükənməz enerji, xoşbəxtlik, firavanlıq, Azərbaycan Respublikasının bu günü və gələcəyi naminə nəcib quruculuq fəaliyyətinizdə uğurlar arzu edirik".

***

TÜRKSOY-un baş katibi Düsen Kaseinovdan:

"Aprelin 11-də keçirilən seçkilərin müvəffəqiyyətlə başa çatması və yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Zati-alinizi TÜRKSOY-un Baş Katibliyi, Türkdilli Ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurası adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Zati-alinizin zəngin təcrübəsinin və müdrik siyasətinin yeni dönəmdə də Azərbaycanın tərəqqisinə və xalqın rifahına böyük töhfə verəcəyinə, TÜRKSOY ilə Azərbaycan Respublikası arasında məhsuldar əməkdaşlığın və mədəni əlaqələrin daha da genişlənərək inkişaf edəcəyinə dərin inamımı bildirmək istəyirəm.

Əmin ola bilərsiniz ki, bu il 25 illiyini qeyd etdiyimiz beynəlxalq TÜRKSOY təşkilatı bundan sonra da üzv ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin inkişaf etdirilməsi və ümumtürk mədəniyyətinin dünyada tanıdılması istiqamətində aparılan bütün işlərdə daim Azərbaycanın yanında olacaqdır.

TÜRKSOY-a yüksək diqqətini və dəstəyini əsirgəməyən Zati-alinizi və bütün Azərbaycan xalqını bir daha təbrik edir, möhkəm cansağlığı, sülh və əmin-amanlıq arzulayıram".

***

Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkindən Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib:

"Hörmətli İlham Heydər oğlu. Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Sizin yenidən Prezident seçilməyiniz Azərbaycan xalqının nəzərində Zati-alinizin müstəsna nüfuzunu tamamilə təsdiq edir. Azərbaycan Respublikası vətəndaşlarının seçkilərdə nümayiş etdirdiyi yüksək fəallıq ümumi həmrəyliyin və dövlətin inkişafının demokratik prinsiplərinə sadiqliyin şəksiz sübutudur.

Əminəm ki, Sizin möhtəşəm liderlik keyfiyyətləriniz Azərbaycan Respublikasında siyasi sabitliyi və iqtisadi inkişafı daim təmin edəcək.

Səmimi qəlbdən inanıram ki, Həştərxan vilayəti ilə Azərbaycan arasında qarşılıqlı faydalı əməkdaşlığın daha da möhkəmlənməsi üzrə konstruktiv dialoq və fəal birgə iş bundan sonra da davam edəcək.

Möhtərəm İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, firavanlıq və Azərbaycan naminə yeni zəfərlər arzu edirəm".

***

“SOCAR Energy Georgia” MMC-nin baş direktorunun müşaviri Yuri Çaxunaşvilidən:

"Əziz İlham Heydər oğlu. Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Bu il aprelin 11-də Azərbaycan xalqı öz iradəsini ifadə edərək Sizin yürütdüyünüz, ölkənin firavanlaşmasına, beynəlxalq aləmdə nüfuzunun durmadan artmasına və xalqın firavanlığına yönəlmiş quruculuq siyasətinizi hərtərəfli və şəksiz dəstəklədiyini bütün dünyaya nümayiş etdirdi. Bu yolda qazanılmış uğurlar Sizin bilavasitə adınızla bağlıdır.

Bu xoş fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, tükənməz enerji və Azərbaycan xalqının tərəqqisi naminə ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzu edirəm.

Əminik ki, ölkənizin dinamik iqtisadi inkişafına və ərazi bütövlüyünün tezliklə bərpa olunmasına yönəlmiş siyasi fəaliyyətiniz Azərbaycan xalqının və həmkarlarınızın hərtərəfli dəstəyi ilə öz bəhrəsini verəcəkdir.

Əziz İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək, bir daha əmin etmək istərdim ki, biz - Sizin dostlarınız bizə verilən istənilən tapşırığı yerinə yetirməyə həmişə hazırıq.

İcazə verin, Sizə bir daha ən xoş arzularımı bildirim, planlarınızın və ideyalarınızın tezliklə reallaşmasını diləyim".

***

Beynəlxalq Uşaq Fondları Assosiasiyasının prezidenti, yazıçı, akademik Albert Lixanovdan:

"Hörmətli İlham Heydər oğlu. Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Beynəlxalq Uşaq Fondları Assosiasiyası adından ən səmimi təbriklərimi qəbul edin.

Dövlət başçısı kimi ali vəzifəyə yenidən seçilməyiniz ölkənin inkişafı üçün Sizin seçdiyiniz yola Azərbaycan xalqının hədsiz etimadının əlamətidir. Ümidvarıq ki, uşaqların müdafiəsi məsələlərində bizim çoxdankı əlaqələrimiz nəinki davam etdiriləcək, həm də daha sıx və səmərəli olacaq.

Sizə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar, Azərbaycan xalqına, xüsusən onun uşaqlarına sülh və firavanlıq arzu edirik".

***

Rusiya Federasiyası Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutskidən Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir: "Əziz İlham Heydər oğlu. Prezident seçkilərində inamlı qələbəniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Seçkilərin nəticələri göstərir ki, Azərbaycan xalqı ölkənin inkişafına Sizin çox böyük şəxsi töhfənizi layiqincə qiymətləndirir, təklif etdiyiniz, müstəqil demokratik dövlət quruculuğunda nəzərəçarpacaq nəticələr əldə edilməsinə yönəlmiş gələcək siyasi və sosial-iqtisadi dəyişikliklər proqramını dəstəkləyir. Sizin yürütdüyünüz konstruktiv, sülhsevər xarici siyasət kursu ilə həmrəy olduğumu bildirirəm.

Siz əsası Azərbaycan xalqının ümummilli lideri, Sizin dahi atanız – müasir Azərbaycan dövlətinin əsaslarının formalaşması, Rusiya ilə ənənəvi dostluq, mehriban qonşuluq və qarşılıqlı faydalı əməkdaşlığın təməlinin möhkəmlənməsi üçün çox işlər görmüş Heydər Əliyev tərəfindən qoyulmuş dövlət idarəçiliyi ənənələrini və qaydalarını ləyaqətlə davam etdirirsiniz. Əsla şübhə yoxdur ki, Siz atanızın irəliyə yol açan bayrağını bundan sonra da qürurla və şərəflə daşıyacaq, Vətənin mənafeyi naminə öz borcunuzu yerinə yetirəcək, yeni sanballı nailiyyətlər qazanacaqsınız. Bu gün ölkələrimizin xalqlarının mənafeləri həmişəkindən daha artıq dərəcədə üst-üstə düşür, bizim aramızda dostluğun və ənənəvi tərəfdaşlığın daha da möhkəmlənməsi üçün yeni əlverişli strateji imkanlar yaranır. Bizim aramızda yaranmış qarşılıqlı anlaşmanı və etimadı yüksək qiymətləndirirəm.

Hörmətli İlham Heydər oğlu, Sizə, səmimi ailənizə və Zati-alinizin şəxsində bütün əməksevər Azərbaycan xalqına möhkəm cansağlığı, firavanlıq, uğurlar, sülh, tərəqqi diləyir və ən xoş arzularımı bildirirəm".

***

Rusiya Federasiyası Dövlət Dumasının deputatları İosif Kobzondan və Valentina Tereşkovadan Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir: "Əziz İlham Heydər oğlu. Biz əminik ki, Azərbaycan xalqı düzgün seçim edib. Sizi təbrik edirik, Azərbaycan xalqına firavanlıq diləyirik".

Rusiya Müdafiə Nazirliyinin “Oboronpromekologiya” Federal Unitar Dövlət Müəssisəsinin direktoru Xamzat Bekovdan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib:

"Hörmətli İlham Heydər oğlu. Seçkilərdə inamlı qələbə qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, uğurlar, nikbinlik, sülh və firavanlıq, Vətən naminə yeni quruculuq işlərinizdə ruh yüksəkliyi arzu edirəm".

***

Sankt-Peterburq şəhəri və Leninqrad vilayəti qubernatorunun müşaviri Vaqif Məmişovdan:

"Çox hörmətli cənab Prezident.

Sankt-Peterburqda və Leninqrad vilayətində yaşayan azərbaycanlılar adından və şəxsən öz adımdan Azərbaycan Respublikasının Prezidenti seçkilərində qələbəniz münasibətilə səmimi təbriklərimizi qəbul edin. Bu qələbə Sizin yüksək siyasi nüfuzunuzun, ölkədə sabitliyin, qanunçuluğun və asayişin təmin olunmasına, genişmiqyaslı islahatların həyata keçirilməsinə, xalqın rifahının yüksəlməsinə xidmət edən uzunmüddətli sosial proqramların gerçəkləşdirilməsinə yönəlmiş siyasi xəttinizin fəal dəstəklənməsinin daha bir sübutudur. Azərbaycanımızın çiçəklənməsi və nəzərdə tutulmuş bütün planların səmərəli yerinə yetirilməsi yolunda bu məsul vəzifədə Sizə yeni-yeni uğurlar arzulayıram".

***

Beynəlxalq Rusdilli Vəkillər Assosiasiyasının prezidenti, Rusiya Vəkillər Gildiyasının prezidenti, Rusiya Federasiyasının Əməkdar hüquqşünası, Hüquq elmləri doktoru, professor Həsən Mirzəyevdən:

"Hörmətli İlham Heydər oğlu. Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi Beynəlxalq Rusdilli Vəkillər Assosiasiyası, Rusiya Vəkillər Gildiyası, Rusiya Vəkillik və Notariat Akademiyası adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.

Azərbaycan xalqı Sizi yenidən dövlət başçısı seçməklə Sizə etimadını və müəyyənləşdirdiyiniz yolu - ölkənin inkişafı, cəmiyyətdə sabitlik və həmrəylik, Azərbaycan xalqının tərəqqisi və rifahının yüksəlməsi yolunu hərtərəfli dəstəklədiyini bir daha nümayiş etdirdi.

Siz Heydər Əlirza oğlu Əliyevin Azərbaycan Respublikasında islahatlar yolunu layiqincə davam etdirirsiniz.

Sizin müdrik rəhbərliyinizlə Azərbaycan genişmiqyaslı siyasi, iqtisadi islahatlar və dəyişikliklər, əhalinin sosial rifahının yüksəldilməsi yolu ilə inamla irəliləyir, aktual beynəlxalq və regional problemlərin həllində fəal iştirak edir.

Sizin praqmatik siyasətiniz sayəsində Azərbaycan ilə Rusiya arasında iqtisadi, mədəni, siyasi əlaqələr günbəgün genişlənir və möhkəmlənir.

Bu gün Siz həyatınızın ən səmərəli mərhələsindəsiniz. Zəngin təcrübəniz müdriklik və həyati biliklərlə harmoniya şəklində uzlaşır. Artıq çox iş görülüb, gələcək isə yeni planlarla zəngindir.

Qoy, enerji, gümrahlıq və mənəvi qüvvə Sizin etibarlı tərəfdaşlarınız kimi qalsın. Sizə möhkəm cansağlığı, uzun ömür, ali dövləti fəaliyyətinizdə uğurlar və Azərbaycan xalqının rifahı naminə yeni zəfərlər arzu edirəm.

Sizə və bütün Azərbaycan xalqına sülh və firavanlıq diləyirəm".

***

Rusiya Federasiyasının Vladimir Vilayətinin qubernatoru Svetlana Orlovadan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib:

"Möhtərəm İlham Heydər oğlu. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Seçkilərdə inamlı qələbəniz Sizin yüksək siyasi nüfuzunuzun, aktual daxili və xarici siyasət məsələlərinin həllində böyük xidmətlərinizin xalq tərəfindən dəstəkləndiyinin əyani təsdiqidir. Böyük məmnuniyyətlə vurğulamaq istəyirəm ki, Rusiyanın Vladimir Vilayəti ilə Azərbaycan Respublikasını səmimi dostluq münasibətləri birləşdirir, əmtəə dövriyyəsi artır, iqtisadi və mədəni əlaqələr genişlənir.

Çox hörmətli İlham Heydər oğlu, Sizə və yaxınlarınıza səmimi qəlbdən möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar, qardaş Azərbaycan xalqına isə firavanlıq və tərəqqi arzu edirəm".

***

Almaniyanın “Beynəlxalq Humanitar Tibbi Yardım” təşkilatının Azərbaycan üzrə rəhbəri, professor doktor Ağabəy Azərbaycanidən:

"Hörmətli Prezident İlham Əliyev. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Almaniyanın “Beynəlxalq Humanitar Tibbi Yardım” təşkilatı adından təbrik edirəm.

Atanız Heydər Əliyevin və Sizin prezidentliyiniz dövründə Azərbaycanda əldə olunan böyük uğurları müşahidə etmək imkanım olub. Səhiyyənin inkişafı ilə bağlı gördüyünüz tədbirləri, o cümlədən bu sahə ilə bağlı dövlət proqramlarının qəbul olunmasını, yeni sağlamlıq müəssisələrinin yaradılmasını xüsusi qeyd etmək istərdim. Bunların sayəsində Azərbaycanda əhalinin sağlamlığının qorunması istiqamətində mühüm uğurlar əldə edilib. Səhiyyənin inkişafı istiqamətində davamlı səylərinizə görə Sizə təşəkkür edir və uğurlarınızın davamlı olmasını arzulayırıq.

Cənab Prezident, Sizə ən dərin ehtiramımı çatdırıram".

***

Rusiya Rəssamlıq Akademiyasının prezidenti Zurab Seretelidən:

"Möhtərəm İlham Heydər oğlu. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Rusiya Rəssamlıq Akademiyasının rəyasət heyəti adından ən səmimi təbriklərimizi qəbul edin. Sizin yüksək nüfuzunuz, peşəkarlığınız və tükənməz enerjiniz, böyük siyasi və həyati təcrübəniz genişmiqyaslı dövləti vəzifələri uğurla həyata keçirməyinizə imkan verir. Siz istedadlı diplomat, təcrübəli rəhbər və yüksək mədəni dəyərlərə malik şəxsiyyət kimi XXI əsrin ən mürəkkəb problemlərinin həllinə böyük töhfələr verirsiniz. Çox şərəfli və məsuliyyətli fəaliyyətinizdə Sizə uğurlar arzu edirik".

***

Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri vəzifəsini müvəqqəti icra edən Vladimir Vasilyev Azərbaycan prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

Təbrikdə deyilir: “Hörmətli İlham Heydər oğlu.

Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Səsvermənin nəticələri Azərbaycan xalqının Sizə yüksək etimadını, ölkənin dinamik inkişafı və vətəndaşların sosial rifahının yüksəldilməsi üçün həyata keçirdiyiniz siyasəti dəstəklədiyini göstərdi.

Hörmətli İlham Heydər oğlu, Sizə nəzərdə tutduğunuz planları həyata keçirərək yeni zirvələrə çatmağı, qardaş Azərbaycan xalqına isə sülh və firavanlıq arzu edirəm”.

***

Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

Təbrik məktubun deyilir:

"Möhtərəm cənab Prezident.

Prezident seçkilərində parlaq qələbəniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Müstəqil Azərbaycanın xalqı öz iradəsini inamla ifadə edərək ölkəni bundan sonra da rifaha və firavanlığa doğru aparmağı Sizə etibar etdi.

Əminəm ki, praqmatik dövlət xadimi kimi qazandığınız böyük nüfuz bundan sonra da çox mühüm daxili islahatlar aparılması və dünya siyasi arenasında Azərbaycanın mövqeyinin möhkəmlənməsi üçün etibarlı zəmin olacaq. Qəti əminəm ki, Sizin müdrik siyasətiniz və parlaq diplomatik istedadınız sayəsində Rusiya ilə Azərbaycanın yaxınlaşması davam edəcək və ölkələrimiz bundan sonra da müasir dövrün çağırışlarına layiqli cavab verəcək.

Sizə səmimi qəlbdən möhkəm cansağlığı, tükənməz enerji və firavanlıq, qardaş Azərbaycan xalqına xoşbəxtlik, bolluq və sülh arzu edirəm."

***

Albaniya Prezidenti İlir Meta Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

Təbrik məktubun deyilir:

"Hörmətli cənab Prezident.

Sizi inamlı qələbəniz, yenidən çox böyük ictimai dəstəklə Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə təbrik edirəm. Ali dövləti fəaliyyətinizdə və dost Azərbaycanı daha da inkişaf etdirməkdə Sizə uğurlar arzulayıram.

Yeni mandatınız dövründə ölkələrimiz və xalqlarımız arasında sıx dostluq münasibətlərinin, xüsusilə iqtisadi və ticari sahələrdə daha da güclənəcəyinə və intensivləşəcəyinə qəti inamımı ifadə edirəm. Əminəm ki, TAP və İAP qaz kəmərləri kimi böyük layihələrin həyata keçirilməsinə və gələcəkdə Albaniyanın qazlaşdırılması imkanına Azərbaycan Hökumətinin və şəxsən Sizin göstərdiyiniz dəstəklə ölkələrimiz arasındakı əməkdaşlıq münasibətləri qarşılıqlı maraq doğuran digər sahələrdə də genişlənəcəkdir.

Bu xoş fürsətdən istifadə edərək, bir daha Sizi münasib bildiyiniz vaxtda Albaniyaya dövlət səfərinə dəvət etmək arzumu ifadə etmək istəyirəm. İnanıram ki, bu səfər Albaniya və Azərbaycan arasında mövcud dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına daha sanballı töhfə verəcək.

Sizə cansağlığı və xoşbəxtlik, dost Azərbaycana və onun xalqına daha sürətli inkişaf və rifah arzulayıram.

Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

***

Türkmənistan Respublikasının prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Seçkilərdəki möhtəşəm qələbəniz Azərbaycan xalqı tərəfindən Sizə göstərilən yüksək etimadın və dövlətçiliyin, ölkənin sosial-iqtisadi inkişafının möhkəmlənməsi üçün həyata keçirdiyiniz kursun dəstəklənməsinin əyani təsdiqidir.

Türkmənistan ilə Azərbaycanı çoxəsrlik dostluq və mehriban qonşuluq telləri bağlayır. Əminəm ki, ölkələrimiz arasında yaranmış əməkdaşlığın və qarşılıqlı anlaşmanın yüksək səviyyəsi qardaş xalqlarımızın rifahı naminə Türkmənistan-Azərbaycan münasibətlərinin bundan sonra da davamlı inkişafı və möhkəmlənməsi üçün etibarlı təməl olacaq.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, firavanlıq və böyük uğurlar diləyirəm. Qardaş Azərbaycan Respublikasının xalqına isə əmin-amanlıq, inkişaf və rifah arzu edirəm.

***

Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanov Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Hörmətli İlham Heydər oğlu. Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Azərbaycan xalqı Sizə yenidən etimad göstərdi, Azərbaycan dövlətinin inkişafına yönəlmiş kursunuzu dəstəklədi.

Qoy, bu inamlı qələbə Sizə ruh yüksəkliyi, ali dövləti vəzifənizdə bundan sonra da yorulmaz fəaliyyətiniz üçün qüvvə və enerji bəxş etsin, Azərbaycanın gələcəkdə də səmərəli sosial-iqtisadi inkişafının və ictimai-siyasi sabitliyinin təmin edilməsinə yönəlmiş yeni ideyaların, layihələrin, strateji təşəbbüslərin reallaşması üçün stimul olsun. Sizin qələbənizə ürəkdən sevinirəm, Sizə səmimi qəlbdən möhkəm cansağlığı və yeni-yeni uğurlar arzu edirəm.

Tatarıstan-Azərbaycan əməkdaşlığının gələcəyinə inamla baxıram, qardaş xalqlarımızın mənafeyi, Rusiya ilə Azərbaycanın strateji tərəfdaşlığı naminə qarşılıqlı anlaşmanın möhkəmlənməsi üçün birgə fəaliyyətimizə ümid bəsləyirəm".

***

16:46

Aprelin 13-də Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Məhəmməd Əşrəf Qani İlham Əliyevi prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik edib, ona ölkəmizin inkişafı naminə prezidentlik fəaliyyətində uğurlar arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Məhəmməd Əşrəf Qaniyə minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı dövlət başçıları ölkələrimiz arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliklərini ifadə ediblər.

***

Moldova prezidenti və Küveyt əmiri Prezident İlham Əliyevi təbrik ediblər.

Moldova Respublikasının Prezidenti İqor Dodon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Teleqraf.com-un məlumatına görə, təbrik mətnində deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Prezident seçkilərində inamlı qələbəniz münasibətilə Sizə Moldova Respublikasının xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimizi çatdırır, qarşıya qoyduğunuz məqsədlərə nail olmaq yolunda böyük uğurlar və əzmkarlıq arzulayıram.

Sizi yenidən dövlət başçısı vəzifəsinə seçməklə Azərbaycan xalqı Zati-alinizə olan etimadını göstərdi, ölkənin inkişafı, cəmiyyətdə sabitlik və həmrəylik, xalqın tərəqqisi və rifahının yüksəlməsi naminə seçdiyiniz yolu tam dəstəklədiyini nümayiş etdirdi.

Əminəm ki, Moldova Respublikası ilə Azərbaycan Respublikası arasında konstruktiv dialoq və sıx əməkdaşlıq bundan sonra da ölkələrimizin münasibətlərinin möhkəmlənməsinə kömək edəcək.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, yeni nailiyyətlər arzulayır və bir daha dərin hörmətimi ifadə edirəm".

Bundan əlavə, Küveyt Dövlətinin Əmiri Sabah əl-Əhməd əl-Cabir əl-Sabah da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Təbrik mətnində deyilir:

"Hörmətli cənab Prezident.

Dost Azərbaycan Respublikasında keçirilən prezident seçkilərində qazandığınız inamlı qələbə münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Bu fürsətdən istifadə edərək, Küveyt Dövləti və Azərbaycan Respublikasını bir-birinə bağlayan tarixi əlaqələrdən məmnunluğumuzu bildirir və birgə səylərimizlə bu əlaqələri dost ölkələrimizin mənafeyi naminə daha da möhkəmləndirmək və inkişaf etdirmək əzmində olduğumuzu bir daha vurğulayırıq.

Zati-alinizə cansağlığı və uğurlar, dost Azərbaycan Respublikasına və xalqına davamlı tərəqqi arzulayır, həmçinin dost ölkələrimiz arasındakı sıx əlaqələrin daha da inkişaf etməsini diləyirəm".

***

Aİ-nin Şurasının prezidenti Donald Tusk Prezident İlham Əliyevi təbrik edib.

Aprelin 13-də Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi seçkilərdə qələbə qazanması münasibətilə təbrik edib.

***

14.04.2018

Avropa Şurasının Baş katibi Prezident İlham Əliyevi təbrik edib.

Avropa Şurasının Baş katibi Torbyorn Yaqland Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Teleqraf.com-un xəbərinə görə, təbrik mətnində deyilir:

“Hörmətli cənab Prezident,

Fürsətdən istifadə edərək Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə təbrik edirəm.

Avropa İnsan Hüquqları Konvensiyasına əsaslanan, insan hüquqları, demokratiya və qanunun aliliyi standartlarının üstünlüyünün Azərbaycanda təmin olunması istiqamətində Sizinlə sıx işləmək niyyətindəyəm”.

***

Yanes Kosyançiç və Raffaele Pagnozzi Prezident İlham Əliyevi təbrik edib.

Avropa Olimpiya Komitələrinin prezidenti Yanes Kosyançiçdən və Avropa Olimpiya Komitələrinin baş katibi Raffaele Pagnozzi Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Teleqraf.com xəbərinə görə, təbrik mətnində deyilir:

“Zati-aliləri cənab Prezident,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Avropa Olimpiya Komitələrinin adından səmimi qəlbdən təbrik edirik.

Bu qələbə Sizin əvvəlki illərdə dövlət başçısı vəzifəsində həyata keçirdiyiniz mükəmməl fəaliyyətin yüksək qiymətləndirilməsi, həmçinin Azərbaycan xalqının ölkənin tərəqqisinin hərəkətverici qüvvəsi kimi Sizə bəslədiyi etimadın göstəricisidir. Məhz Sizin rəhbərliyinizlə Bakıda və ölkənin bütün regionlarında inkişaf və yenidənqurma, eləcə də müasirləşmə işlərinin geniş vüsət alması Azərbaycanı dünyanın diqqət mərkəzinə çevirib.

İcazə verin, bu fürsətdən istifadə edərək, Zati-aliləri, Sizinlə və Milli Olimpiya Komitəsi ilə aramızda olan, yüksək dəyərləndirdiyimiz dost münasibətlərinə görə dərin minnətdarlığımızı bildirək.

Ölkənizin Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi etməsi, eləcə də növbəti Avropa Gənclər Olimpiya Festivalının məhz Bakıda keçirilməsi ölkənin Avropada güclü nüfuza malik olmasını təsdiq edir. Bu isə ölkənin müasir, dinamik inkişaf edən xarakterinin və burada necə əməksevər və dost insanların yaşadığının bariz nümunəsidir.

Ali dövləti fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar arzulayırıq. Bu il mayın 11-12-də Belqrad şəhərində Sizinlə görüşməyə ümidvarıq”.

***

Latviya prezidenti İlham Əliyevi təbrik edib.

Latviya Respublikasının Prezidenti Raymonds Veyonis Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Teleqraf.com-un xəbərinə görə, təbrik mətnində deyilir:

“Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Latviya xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Ölkələrimiz arasında mövcud dostluq münasibətlərinin son illərdə sürətlə inkişaf etməsindən olduqca məmnunam. Bu xoş fürsətdən istifadə edərək, Azərbaycan ilə Latviya arasındakı əməkdaşlığın bundan sonra daha da möhkəmləndirilməsinə sadiq olduğumuzu bir daha bəyan edirəm.

Zati-aliləri, icazə verin, Sizə ən dərin ehtiramımı və ən xoş arzularımı bildirim”.

***

Bosniya və Herseqovinanın dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib.

Bosniya və Herseqovinanın Serb Respublikasının Prezidenti Milorad Dodik Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Teleqraf.com-un xəbərinə görə, təbrik mətnində deyilir:

“Zati-aliləri.

Azərbaycan Respublikasının Prezidenti seçkilərində qələbəniz münasibətilə Sizi Serb Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan vətəndaşlarının rifahı naminə gördüyünüz işlər ölkənizin qarşıdakı illərdə daha yüksək nailiyyətlər qazanmasına imkan verəcəkdir.

Bu xoş fürsətdən istifadə edərək, Serb Respublikası ilə Azərbaycan Respublikası arasında qarşılıqlı əlaqələri daha da inkişaf etdirmək əzmində olduğumu bir daha vurğulamaq istərdim.

Zati-aliləri, ali dövləti fəaliyyətinizdə Sizə yeni uğurlar arzulayır və dərin ehtiramımı ifadə edirəm”.

***

16.04.2018

Mahmud Abbas Azərbaycan prezidentini təbrik edib.

Fələstin Dövlətinin prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbas İlham Əliyevi Azərbaycan prezidenti seçilməsi münasibəti ilə təbrik edib.

Teleqraf.com-unməlumatına görə, təbrikdə deyilir:

“Hörmətli cənab Prezident. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Zati-alinizə Fələstin Dövləti və xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırıram. Sizə xalqınızın rifahı naminə qarşıya qoyduğunuz hədəflərə çatmaqda uğurlar arzulayıram. Ölkələrimiz və xalqlarımız arasında mövcud olan, onlar üçün xeyirli və müştərək maraqlara əsaslanan birgə əlaqələndirmə və əməkdaşlıq yollarının gücləndirilməsi üçün daimi istəyimizi bildirir, ölkəmizdə münaqişənin sona çatması və paytaxtı tolerantlıq, birgə yaşama və sülh şəhəri Şərqi Qüds olmaqla müstəqil dövlətimizin yaradılması üçün xalqımıza və onun mübarizəsinə bütün beynəlxalq dairələrdə verdiyiniz dəstəyinizi və mövqeyinizi yüksək qiymətləndirirəm. Zati-aliləri, ən xoş arzularımı qəbul edin. Sizə möhkəm cansağlığı, xoşbəxtlik və müvəffəqiyyətlər arzu edirəm”.

***

İsrailin müdafiə naziri Prezident İlham Əliyevi təbrik edib.

İsrail Dövlətinin müdafiə naziri Aviqdor Liberman Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Teleqraf.com-un məlumatına görə, təbrik mətnində deyilir:

"Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Azərbaycan ilə İsrail bir çox sahələrdə etimad və qarşılıqlı anlaşmaya əsaslanan yaxşı münasibətlərə malikdir. Əlbəttə, müdafiə məsələləri ilə bağlı birgə işlərimiz möhkəm münasibətlərimizin önəmli hissəsini təşkil edir. Mən bu əlaqələrin daha da inkişaf etməsini və genişlənməsini arzu edirəm.

Zati-aliləri, Sizə ən yüksək ehtiramımı bildirir, xoşbəxtlik, möhkəm cansağlığı və uğurlar arzu edirəm".

***

Küveyt dövlətinin vəliəhdi İlham Əliyevi prezident seçilməsi münasibəti ilə təbrik edib.

Təbrikdə deyilir: "Zati-aliləri. Azərbaycan Respublikasında keçirilən prezident seçkilərində qazandığınız qələbə münasibətilə Sizə ən xoş təbriklərimi çatdırmaqdan məmnunluq hissi duyuram. Yeni prezidentlik dönəminizdə də dost Azərbaycan xalqı üçün xeyir-bərəkət və inkişaf naminə həyata keçirəcəyiniz işlərdə Sizə davamlı uğurlar diləyirəm.

Bu xoş fürsətdən istifadə edərək, Sizə cansağlığı və səadət arzulayır, dost ölkələrimiz arasında əlaqələrin gücləndirilməsi ilə bağlı qəti inamımızı bir daha ifadə edirəm".


Müəllif: Teleqraf.com
Загрузка...