15 Aprel 2018 12:39
684
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi Seçki Komissiyasının (MSK) bu günkü iclasında aprelin 11-də keçirilən prezident seçkilərinin nəticələrinin yekununa dair protokolun tərtib olunması barədə razılıq əldə olunub.

İclasda prezident seçkilərinin nəticələri ilə bağlı ümumi məlumat verilib, nəticələrə dair yekun protokolun tərtib edilməsi barədə qərar qəbul edilib.

Yekun protokol tərtib olunduqdan sonra sənəd Konstitusiya Məhkəməsinə təqdim edilib.

Konstitusiya Məhkəməsi də Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunları haqqında məlumatı səsvermə günündən sonra 14 gün ərzində, yəni aprelin 25-dək rəsmən elan etməlidir.

Aprelin 11-də keçirilmiş prezident seçkilərində ölkə üzrə olan 5 milyon 314 min 365 seçicidən 3 milyon 962 min 123 nəfəri (ümumi seçicilərin 74,30 faizi) səsvermədə iştirak edib. Səsvermənin nəticələrinə əsasən, prezidentliyə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Heydər oğlu Əliyev 86,02 % (3 milyon 397 min 664), Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev – 3,02 % (119 min 390), öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc - 3,12 % (123 min 6), Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu – 3.03 % (119 min 674), Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə - 1.38% (54 min 603), Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev – 1.52 % (59 min 977), Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev – 1.17 % (46 min 10), "Cəbhəçilərin təşəbbüs qrupu" tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayev – 0.74 % (29 min 282) səs toplayıb.

***

Mərkəzi Seçki Komissiyası (MSK) aprelin 11-də keçirilən prezident seçkilərinin nəticələrinə dair yekun protokolu Konstitusiya Məhkəməsinə təqdim edib.

Konstitusiya Məhkəməsi də Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunları haqqında məlumatı səsvermə günündən sonra 14 gün ərzində, yəni aprelin 25-dək rəsmən elan etməlidir./Report/


Müəllif: Teleqraf.com