16 Aprel 13:56

İlham Əliyevin 11 Aprel tarixində keçirilən prezident seçkilərində qalib gəlməsini sənət adamları "Zəfərə doğru" klipi ilə təbrik edib.

Sözləri Cəlal Qurbanova, musiqisi Eldar Mansurova məxsus olan “Zəfərə doğru” mahnısına çəkilən klip təqdim olunub. Azərbaycan xalqının milli birliyə səsləyən, həmrəyliyin nümayiş olunduğu və vətənpərvərlik hisslərinin təbliğatı aparıldığı layihənin ideya müəllifi Arif Alişanovdur.

“Zəfərə doğru” mahnısını əvvəlki illərdə Azərbaycanı “Eurovision” müsabibəqisində təmsil edən ifaçılar: Samir Cavadzadə, Elnur Hüseynov, Nigar Camal, Eldar Qasımov və Səbinə Babayeva ifa edib.

Rejissorluğunu Etibar Babayevin etdiyi video çarxda ölkəmizin musiqi, kino, teatr və idman sahələrinin tanınmış nümayəndələrinin iştirak edib.

İçərişəhərdə çəkilən klipdə Xalq artistləri Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Arif Babayev, Nəzakət Teymurora, Təranə Muradova, Afaq Məlikova, Mənsum İbrahimov, Könül Xasıyeva, Nurəddin Mehdixanlı, aktyorlardan Xalq artisti Ramiz Novruz və Firəngiz Mütəllimova, Əməkdar artistlər Mehriban Zəki, Bəhram Bağırzadə, Vəfa Zeynalova, həmçinin Tahir və Cabir İmanov qardaşları, Səidə Quliyeva, Sevda və Emma Ələkbərzadə bacıları, müğənnilərdən Tünzalə Ağayeva, Natavan Həbibi, Zamiq Hüseynov, Abbas Bağırov, millət vəkili Qənirə Paşayeva, ictimai-siyasi xadim Səyyad Aran, şair Nigar Həsənzadə, aparıcılardan Şərqiyyə Hüseynova, Roza Tağıyeva, Ofeliya Sənani, Natavan Hacıyeva, Dilarə Səlim, Emin Şahzadə, Leyla Quliyeva, Kamilə Babayeva, Ranar Musayev, Nərgiz Cəlilova və başqaları klipdə rol alıb.

Türkiyədə yaşayan balaban ifaçısı Əlixan Səmədov və Məlahət Abbasova da çəkiliş üçün qardaş ölkədən Bakıya gəlib.

Klipdə Aprel döyüşlərində ölkəmizin ərazi bütövlüyü uğurunda mübarizə aparan qəhrəmanlarımız, Olimpiya çempionlarımızdan Zemfira Mehdiyətdinova, Namiq Abdullayev, Fərid Mansurov, Toğrul Əsgərov, tanınmış idmançılardan Fizuli Musayev, Rəhman Hətəmov, İlqar Abdulov, eləcə də Asan könüllüləri, Formula 1 yarışının könüllüləri və Bakı Şəhəri Gənclər və İdman baş idarəsinin aktiv iştirakçıları rol alıb.

Eyni zamanda ötən əsrin 70-ci illərində Bakıdakı 6 saylı orta məktəbdə dövlət başçısı İlham Əliyevə dərs demiş 88 yaşlı biologiya müəlliməsi Emma Kazımova da iştirak edib./Publika.az/


Müəllif: Teleqraf.com
Загрузка...