16 Aprel 19:16

18:52

İrəvanda polislə nümayişçilər arasında toqquşma olub.

Teleqraf.com TASS-a istinadən xəbər verir ki, toqquşma zamanı 22 nəfər xəsarət alıb. Yaralananlardan 3-ü polisdir.

Polislərdən birinin vəziyyətinin ağır olduğu bildirilir.

Xəsarət alanlar arasında nümayişçilərin lideri Nikol Paşinyan da var. O, ilk tibbi yardım aldıqdan sonra xəstəxanadan çıxıb. N.Paşinyan xəstəxanada jurnalistlərə açıqlama verərək bütün Ermənistan vətəndaşlarını küçələrə və meydanlara çıxmağa çağırıb.

Baqramyan prospektində etirazlar davam edir.

Qeyd edək ki, sabah parlamentdə Serj Sarkisyanın baş nazir postuna təsdiqlənməsi ilə bağlı səsvermə keçiriləcək. Konstitusiya dəyişikliyindən sonra Ermənistanda prezidentin icra səlahiyyətləri baş nazirə verilib. Ölkəni bundan sonra baş nazir idarə edəcək.

***

Ermənistanın paytaxtı Yerevan şəhərində keçirilən aksiyada polislə qarşıdurma nəticəsində xəsarət alanların sayı 46 nəfərə çatıb.

Bu barədə məlumatı Ermənistan Səhiyyə Nazirliyi yayıb.

Tibb müəssisələrinə 46 nəfər, həmçinin 6 polis əməkdaşı müraciət edib. Onların bir qismi tibbi yardım göstərildikdən sonra evə buraxılıb.


Müəllif: Teleqraf.com
Загрузка...