18 Aprel 2018 21:00
864
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan paytaxtı İrəvanda müxalifət mitinq keçirir.

Teleqraf.com xəbər verir ki, mitinq “Mənim addımım” təşəbbüs qrupu tərəfindən təşkil edilib.

Qeyd edək ki, Serj Sarkisyanın baş nazir təyinatına etiraz əlaməti olaraq keçirilən aksiya nəticəsində saxlanılanların sayı 91 nəfərə çatıb.

Aprelin 17-də parlamentdə keçirilən xüsusi iclasda Serj Sarkisyan baş nazir elan olunub. Konstitusiya dəyişikliyindən sonra Ermənistanda prezidentin səlahiyyətləri baş nazirə verilib.


Müəllif: Teleqraf.com