19 Aprel 2018 20:13
1 101
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın paytaxtı İrəvanın mərkəzində müxalifətin mitinqi davam edir.

Teleqraf.com-un verdiyi xəbərə görə, yağışlı havaya baxmayaraq, minlərlə insan yenidən Respublika meydanına toplaşıb.

Aksiya iştirakçıları Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın ölkənin baş naziri vəzifəsinə seçilməsinə etiraz edirlər.

Hökumət evinin mühafizəsinə çoxsaylı polis qüvvələri cəlb edilib. “Vətəndaş müqaviləsi” partiyasının lideri Nikol Paşinyan sabah kütləvi mitinqin bərpa olunacağını bildirib və sakinləri hökumətə etiraz olaraq bütün mərkəzi küçələri, o cümlədən metro stansiyalarını bağlamağa çağırıb.

Onun sözlərinə görə, aksiya sabah 08:15-də start götürəcək.


Müəllif: Teleqraf.com