20 Aprel 2018 21:29
665
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Ermənistanın paytaxtı İrəvanda keçirilən etiraz aksiyalarında 233 nəfər saxlanılıb.

Teleqraf.com “Novosti Armeniya”ya istinadla xəbər verir ki, bu barədə Baş Polis İdarəsinin mətbuat xidməti məlumat yayıb. Xəbərə görə, səhər saat 09:00 radələrində tutulanların sayı 16, saat 11:00-da 52, 13:00-da 107, 14:00-da 166, 15:30-da isə 183 nəfər olub.

Qeyd edək ki, aprelin 13-dən İrəvanda Serj Sərkisyanın Ermənistanın baş naziri olmasına qarşı etiraz aksiyası başlayıb. Bu gün səhər saatlarında müxalif lider Nikol Paşinyan tərəfdarlarını yük avtomobilləri ilə yolları bağlamağa və paytaxda hərəkəti iflic etməyə çağırıb. Dünənki mitinqə üç min nəfər qoşulub və 123 müxalifətçi tutulub.


Müəllif: Teleqraf.com