21 Aprel 2018 12:20
803
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin bugünkü plenar iclasında Azərbaycan prezidenti İlham Əliyev Milli Məclisə baş nazir haqqında təqdimat müzakirə edilib.

Teleqraf.com-un məlumatına görə, spiker Oqtay Əsədov bildirib ki, gündəlikdə yalnız bir məsələ var:

“Aprelin 11-də ölkəmizdə siyasi həyatında baş vermiş hadisənin sevincini yaşayırıq. İlham Əliyevin yenidən Prezident seçilməsi ona olan sonsuz inamın nəticəsidir. Hər biriniz adından cənab Prezidenti təbrik edir, ona işlərində uğur arzulayırıq.

Prezident andiçmə mərasimini Milli Məclisdə keçirdi. Bu da Milli Məclisə olan etimadın nəticəsidir. Milli Məclis adından Prezidentə təbrik teleqramı göndəriləcək”.

Spiker Novruz Məmmədovun baş nazir vəzifəsinə təyin edilməsi barədə iclas iştirakçılarına məlumat verib.

Oqtay Əsədov Prezidentin Mili Məclsidə yeni baş nazir təyinatı ilə bağlı təqdimat məktubunu oxuyub: “Məktubda bildirilib ki, Prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədovun Baş nazir vəzifəsinə təklif edilib”.

Daha sonra məsələ millət vəkillərinin müzakirəsinə təqdim edilib.

***

Milli Məclisin Azərbaycan Respublikası Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədovun Azərbaycanın Baş naziri vəzifəsinin müzakirəsinə həsr edilən iclası başlayıb.

Teleqraf.com-un xəbərinə görə, iclasa Oqtay Əsədov sədrlik edir.

Konstitusiyanın 109-cu (Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri) maddəsinə əsasən, Prezident Milli Məclisin razılığı ilə Azərbaycan Respublikasının Baş nazirini vəzifəyə təyin edir.

Xatırladaq ki, Artur Rasi-zadə 1996-cı ildən ölkənin baş naziridir.


Müəllif: Teleqraf.com