21 Aprel 2018 14:54
1 832
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın növbəti baş naziri Prezidentin Xarici siyasət məsələləri üzrə köməkçisi-Prezident Administrasiyasının şöbə müdiri Novruz Məmmədov oldu. Cənab Prezident tərəfindən baş nazir vəzifəsinə Novruz müəllimin namizədliyinin irəli sürülməsi düzgün və dəqiq verilmiş qərardır.

Teleqraf.com xəbər verir ki, bunu Novruz Məmmədovun baş nazir seçilməsinə münasibət bildirən Milli Məclisin deputatı Adil Əliyev deyib.

O qeyd edib ki, bu addım birbaşa dövlətimizin daha güclü olmasına xidmət edir:

“Novruz müəllim daxili və xarici siyasəti yüksək səviyyədə bilən şəxsdir. Bir neçə dildə sərbəst danışır. Ölkəmizin xarici siyasətinin güclənməsində böyük xidmətləri var. Yüksək insani keyfiyyətlərə malikdir. Əqidəli, xarakterli, adı bu günə qədər heç bir mənfi işlərdə çəkilməyən dövlət məmurudur”.


Müəllif: Səxavət Həmid