21 Aprel 2018 16:34
860
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Novruz Məmmədovu Azərbaycanın baş nəziri təyin olunması münasibətilə təbrik edib.

APA-nın yerli bürosunun məlumatına görə, G. Kvirikaşvili özünün Tvitter səhifəsində N. Məmmədova xoş arzularını çatdırıb.

“Azərbaycanın yeni təyin olunmuş baş naziri Novruz Məmmədovu ən xoş arzularımla təbrik edirəm. Ölkələrimiz arasında strateji tərəfdaşlıq və dostluq münasibətlərinin daha da dərinləşdirilməsi və gücləndirilməsi istiqamətində birgə çalışacağımıza ümid edirəm”, - deyə təbrik müraciətində bildirilib.


Müəllif: Teleqraf.com