22 Aprel 2018 23:17
861
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin hökumət sözçüsü Bəkir Bozdağ CHP sədri Kamal Kılıçdaroğlu və İYİ Partiyanın sədri Maral Akşənər arasındakı əməkadşlığı "siyasi əxlaqsızlığın son həddi" adlandırıb.

Teleqraf.com xəbər verir ki, bu gün Kamal Kılıçdaroğlu və Maral Akşənər arasında görüş olub. Aparılan müzakirələrdən sonra CHP-dən 15 millət vəkili istefa edərək İYİ Partiyanın sıralarına qoşulub və bununla da Akşənərin partiyası seçkilərdə iştirak üçün hüquqi əsas əldə edib.


Müəllif: Teleqraf.com