23 Aprel 2018 10:46
1 939
12 Punto 14 Punto 16 Punto 18 Punto

2018.04.22 23:27

Türkiyədə tutularaq Azərbaycana gətirilən “Quska” ləqəbli Hüseyn Abdullayev İnterpol xətti ilə saxlanılıb.

Teleqraf.com xəbər verir ki, Lent.az Hüseyn Abdullayevin Türkiyədə İnterpol vasitəsilə saxlanıldığını və Azərbaycan DİN və Baş Prokurorluq əməkdaşlarına təhvil verildiyini yazıb. Bakıya gətirilən H.Abdullayevin gecə ilə Baş Prokurorluqda ifadə verdiyi bildirilir.

H.Abdullayevin həbsi və ölkəyə gətirilməsi barədə rəsmi məlumatın yayılacağı gözlənilir.

H.Abdullayev barəsində Azərbaycan CM-nin 213.2.2 maddəsi üzrə (Külli miqdarda vergidən yayınma) cinayət işi qaldırılıb. O, uzun müddət istintaqdan yayındığı üçün barəsində məhkəmənin qərarı ilə axtarış elan olunub və H.Abdullayev DİN tərəfindən dövlətlərarası və beynəlxalq axtarışa verilib. Daha sonra bununla bağlı İnterpolun səhifəsində məlumat yerləşdirilib.

Qeyd edək ki, H.Abdullayevinölkəyə gətirildiyi barədə məlumat ötən gün axşam saatlarında yayılıb. Musavat.com özəl mənbələrdən məlumatı dəqiqləşdirməyə çalışıb. Bildirilib ki, əməliyyatı Azərbaycan DİN həyata keçirib.

Məlumata görə, Hüseyn Abdullayev istirahət və biznes məqsədləri üçün tez-tez Türkiyədə olur. O, bu ölkədə Azərbaycandakı adamları, o cümlədən də ailə üzvləri ilə görüşür, bütün yay tətillərini Aralıq dənizi sahillərində keçirir.

H.Abdullayev sosial şəbəkələrdə Almaniyada yaşadığını və bu ölkədə siyasi sığınacaq aldığını qeyd etmişdi.


Müəllif: Teleqraf.com