23 Aprel 2018 14:44
821
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mən hazırda respublikadan kənardayam. Kommunist Partiyasının parçalanmış qruplarının Leninin doğum günü münasibəti ilə əlaqədar hansısa tədbir keçirilmələri barədə konkret məlumatım yoxdur.

Bunu Teleqraf.com-a Azərbaycan Kommunist Birliyinin sədri Ədalət Abdinov deyib.

O, bildirib ki, milli kommunistlərin Leninlə bağlı tədbir keçirib-keçirmədiyi bəlli deyil.

Xatırladaq ki, aprelin 22-sini dünya kommunistləri SSRİ-nin qurucusu və ilk rəhbəri V.İ.Leninin doğum günü kimi qeyd edirlər.

Ancaq bu il Azərbaycan kommunistlərinin hansısa bir tədbir keçirməsi haqda informasiya yoxdur.


Müəllif: Cavad