23 Aprel 2018 21:28
799
12 Punto 14 Punto 16 Punto 18 Punto

"AŞPA-ya təqdim olunan hesabat Azərbaycanın nüfuzuna xələl vurmağa çalışan qüvvələrin işidir".

Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun tərkibində korrupsiya iddialarını tədqiq edən müstəqil araşdırma qrupunun hesabatına münasibət bildirərkən deyib.

Milli Məclisin deputatı jurnalistləri AŞPA-nın tərkibində korrupsiya iddialarını tədqiq edən müstəqil araşdırma qrupunun hesabatının 43-cü paraqrafını yenidən gözdən keçirməyə dəvət edib: "Burada adları çəkilən şəxslərin korrupsiyaya heç bir aidiyyəti yoxdur. Azərbaycana qarşı fəaliyyət göstərən qüvvələr Avropa Şurasının özünə ziyan vururlar. Çünkü burada deyilənlər, burada qəbul edilən qərarlar ədalətli olmalıdır. Lakin bu hesabat AŞPA-da ədalətsiz qərarların qəbul olunduğunu nümayiş etdirir". (Report)


Müəllif: Teleqraf.com