24 Aprel 2018 09:50
667
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT-nin Baş katibi Antoniu Quterriş Dağlıq Qarabağ münaqişəsi zonasında gərginliyin artmasının qarşısını almağa çağırıb.

Bu barədə A.Quterrişin bəyanatında deyilir.

"Baş katib, fürsətdən istifadə edərək, ATƏT-in Minsk qrupunun həmsədrlərinin bu yaxınlarda təmas xəttində mümkün gərginlik hallarının qarşısını almaq və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini tapmaq üçün səyləri artırmaq məqsədi ilə tərəflərə ünvanladığı müraciətinə qoşulmaq istərdi", - bəyanatda deyilir.

Xatırladaq ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupu 1994-cü ildə yaradılıb. Hazırda Minsk qrupunun həmsədrləri Rusiyadan İqor Popov, Fransadan Stefan Viskonti və ABŞ-dan Endryu Şoferdir./Report/


Müəllif: Teleqraf.com