24 Aprel 2018 16:58
950
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 24 aprel-də Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev “Dövlətqaçqınkom”un yeni təyin olunmuş sədri Rövşən Rzayevi Komitənin kollektivinə təqdim edib və ona işlərində uğurlar arzulayıb.

Teleqraf.com-un məlumatına görə, Ramiz Mehdiyev Rövşən Rzayevin keçdiyi həyat yolu və iş təcrübəsi barədə geniş məlumat verib.

Ramiz Mehdiyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ölkə əhalisinin ən həssas təbəqəsi olan qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün çox böyük işlərin görüldüyünü diqqətə çatdırıb və bu istiqamətdə işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.

Ramiz Mehdiyev Prezident tərəfindən qarşıya qoyulan vəzifələrə nail olmaq üçün Komitənin kollektivinə müvafiq məsləhət və tövsiyələrini verib.

Yeni təyin olunmuş Komitə sədri Rövşən Rzayev Prezident İlham Əliyevin ona göstərdiyi yüksək etimada görə minnətdarlığını bildirib və qaçqın və məcburi köçkünlərlə bağlı qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirəcəyini qeyd edib.

Qeyd edək ki, Rövşən Şükür oğlu Rzayev Prezidentin 2018-ci il 21 aprel tarixli sərəncamı ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin edilib.


Müəllif: Teleqraf.com