24 Aprel 2018 17:22
876
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəyə rəsmi səfəri başlayıb.

Teleqraf.com xəbər verir ki, Azərbaycanın və Türkiyənin dövlət bayraqlarının dalğalandığı Ankaranın “Esenboğa” hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Dövlət başçısını Türkiyənin Baş nazirinin müavini Fikri İşık, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvar və digər yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verib.

Dövlətimizin başçısı fəxri qarovul dəstəsini salamlayıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin VII Türkiyə- Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak edəcəyi, həmçinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşəcəyi bildirilir.

Səfər çərçivəsində iki ölkə arasında ikitərəfli əlaqələrin möhkəmləndirilməsi, regional və beynəlxalq məsələlər müzakirə ediləcək./APA/


Müəllif: Teleqraf.com