24 Aprel 2018 18:13
1 572
12 Punto 14 Punto 16 Punto 18 Punto

AŞPA-nın yaz sessiyasının ilk günündə keçirilmiş sərbəst debatlarda heç bir avropalı deputat Ermənistanda baş verən hadisələrdən danışmadı. Bunu belə də gözləyirdik. Çünki həmişə bu qurumda ikili standartlarla üzləşmişik.

Teleqraf.com xəbər verir ki, bu fikri Azərtac-a müsahibəsində Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sahibə Qafarova bildirib.

O deyib: “AŞPA-da bu hadisələrlə bağlı susqunluqdan təəccüblənmədik. Çünki belə halların çox şahidi olmuşuq. Ermənistan 25 ildir Azərbaycan torpaqlarını işğal edib. Artıq Azərbaycanın və işğalçı Ermənistanın AŞPA-nın üzvlüyünə qəbul edilməsindən 17 il ötür. Bu illər ərzində qurumda bu məsələ ilə bağlı heç bir ciddi addım atılmayıb.

Bu gün Ermənistanda baş verən hadisələr də məhz belə mövqeyin nəticəsidir. Ermənistana həmişə loyal münasibət olub. Ermənistanda baş verən belə ciddi aksiyalara, hadisələrə AŞPA-da göz yumulur və heç bir reaksiya verilmir.

Bu qurum mövqeyini dəyişməli, bütün üzv ölkələrə eyni gözlə baxmalıdır”.


Müəllif: Teleqraf.com