24 Aprel 2018 21:57
911
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə rəhbərliyi Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 24 iyun növbədənkənar prezident seçkilərinin təxirə salınması ilə bağlı çağırışına münasibət bildirib.

Teleqraf.com "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Türkiyənin baş naziri Binəli Yıldırım AŞPA-nı bu mövqeyinə görə sərt tənqid edib.

"Avropa Şurası Parlament Assambleyası öz işi ilə məşğul olsun. Seçkini onlar keçirməyəcək, Türkiyə edəcək. Belə çağırış edincə, minlərlə insanın qanına bulaşmış terrorçunu gətirib orda danışdırmasınlar. Salih Müslüm adlı qatili parlamentdə danışdırınca, nə sülhə, nə də terrorla mübarizəyə xidmət edərlər",- deyə B.Yıldırım vurğulayıb.

Qeyd edək ki, AŞPA Türkiyəni 24 iyun növbədənkənar prezident seçkilərini təxirə salmağa çağırıb. Seçkilərin Avropa kriteriyalarına uyğun olmayacağı bildirilib.


Müəllif: Teleqraf.com