24 Aprel 2018 23:57
662
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda baş nazir səlahiyyətlərini müvəqqəti icra edən Karen Karapetyanla “Mülki müqavilə” partiyasının lideri, deputat Nikol Paşinyan arasında aprelin 25-də planlaşdırılan görüş baş tutmayacaq.

Teleqraf.com “Novosti Armeniya”ya istinadla xəbər verir ki, bu barədə “Mülki müqavilə” partiyasının mətbuat katibi Tiqran Avinyan məlumat yayıb.

Onun sözlərinə görə, sabah saat 19:00-də Respublika meydanında mitinq keçiriləcək.

Qeyd edək ki, danışıqların aprelin 25-də səhər saat 11:00-da keçirilməsi nəzərdə tutulub. Bu gün Paşinyan xarici jurnalistlərlə mətbuat konfransının gedişatında Ermənistanın hakim “Respublikaçı” partiyasının nümayəndələrindən heç kəsin baş nazir vəzifəsinə namizəd olmayacağını açıqlamışdı.


Müəllif: Teleqraf.com