25 Aprel 2018 12:08
763
12 Punto 14 Punto 16 Punto 18 Punto

Onlar seçkiləri Ermənistanın Respublikaçılar Partiyasının nümayəndəsi, baş nazir səlahiyyətlərini icra edən Karen Karapetyanın yaratdığı şəraitdə keçirmək istəyirlər.

Bunu parlamentdəki “Çıxış” müxalifət bloknun lideri Nikol Paşinyan “Feysbuk”da yayımlanan video-müraciətində bildirib.

“Hələ 2017-ci ildən seçkilərin necə keçiriləcəyini bilirik. Biz sadəcə olaraq, bu seçkini passiv şəkildə, seçki məntəqələrini mühasirəyə alaraq, Respublikaçılar Partiyasının tədbirlər keçirməsinə icazə verməməklə boykot edə bilərik”, - N.Paşinyan vurğulayıb.

Qeyd edək ki, o, bir müddət əvvəl baş nazirin xalq arasından seçilməsini, yeni müvəqqəti hökumətin qurulmasını və bundan sonra növbədənkənar parlament seçkilərini keçirilməsini təklif etmişdi.

Ermənistan baş naziri səlahiyyətlərini icra Karen Karapetyan isə jurnalistlərə bildirib ki, baş naziri küçədə deyil, yalnız parlamentdə seçilə bilər.

Xatırladak ki, aprelin 24-də N.Paşinyala K.Karapetyan arasında hakimiyyətin təhvil-təslim edilməsi ilə bağlı görüş keçirilməli idi. Ancaq görüşün şərtləri qanedici olmadığından Nikol Paşinyan bu danışqdan imtina edib./Sputnik/


Müəllif: Teleqraf.com