25 Aprel 2018 17:35
4 081
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrəvandakı etirazların təşkilatçılarından biri olan deputat Ararat Mirzoyan Karen Karapetyanın istefaya getdiyini açıqlayıb.

Mirzoyanın bu açıqlamasını Karapetyanın mətbuat katibi təkzib edib.

***

İrəvanda etirazçılar şəhər küçə və prospektlərində gün ərzində yürüşdən sonra Respublika meydanına toplaşıblar.

Meydana etirazçıların lideri Nikol Paşinyan da gəlib.

***

Ermənistanın Sünik vilayətinin Spandaryan kəndinin sakinləri yolları bağlayaraq İrəvandakı aksiyaları dəstəkləyiblər.

Onlara qarşı polis güc tətbiq edib. Bir neçə nəfərə xəsarət alıb və həbs edilib.

***

Ermənistanın Daşnaksütyun Partiyasından olan deputat Suren Manukyan İrəvandakı aksiyalara dəstək verib.

O öz Feysbuk səhifəsində hazırda Batumidə NATO Parlament Assambleyasında iştirak etdiyini, amma Paşinyanı dəstəklədiyini deyib.

Qeyd edək ki, Daşnaksütyun hakim Respublika Partiyası ilə koalisiya yaradıb.

***

Ermənistanın ikinci ən böyük şəhəri olan Gümrüdə də etiraz aksiyaları başlayıb. Aksiyalara şəhərdəki bütün universitetlər və texnikumların tələbələri qoşulub.

Şəhərdəki aksiyalara Çarukyan Blokundan olan deputat Vardan Qukasyan rəhbərlik edir.

***

Etirazçılar İrəvandakı “Zvartnots” hava limanına gedən yolu qapadıblar.

***

Müxalifət lideri, deputat Nikol Paşinyanın rəhbərliyi ilə etirazçılar İrəvanın Erebuni rayonuna çatıblar.

“Onlar "Serj, Karen rədd ol!”, “Nikol baş nazirdir!”, “Tətil!” və “Xalq qalib gəldi, qələbənin nəticələri qeyd edilməlidir!” kimi şüarlar səsləndirirlər”, - Paşinyan vurğulayıb.

***

Ermənistanın Noyamberyan rayonunda yerləşən Gürcüstanla sərhəddəki Baqrataşen gömrük keçid məntəqəsi etirazçılar tərəfindən ələ keçirilib.

Məlumatı Nikol Paşinyan yayıb.

***

İrəvandakı etiraz aksiyaların İşıqlı Ermənistan və Hnçak partiyaları da qoşulub.

Hnçak Partiyası Respublika Partiyasının təcili istefaya getməsi gərəkdiyini açıqlayıb.

***

Ermənistanın İdman və Gənclik nazirinin səlahiyyətlərinin icraçısı Qroç Rostomyan istefaya gedib.

O, bu addımı Çiçəklənən Ermənistan Partiyasının İrəvandakı etirazları dəstəkləməsi qərarına uyğun olaraq atdığını bildirib.

***

Respublika Partiyasından olan deputat Aşot Ağababyan Nikol Paşinyanı dəstəkləyib. O, mətbuata müsahibəsində Paşinyandan başqa baş nazir postunda heç kimin olmaması gərəkdiyini bildirib.

Ağababyan Paşinyanın məxməri inqilabı təkbaşına həyata keçirdiyini etiraf edib.

Qeyd edək ki, Ağababyan Respublika Partiyasının yaradıcılarından biridir.

***

Ermənistanda etirazçılar müxalifətçi deputat Nikol Paşinyanın başçılığı ilə Resbublika meydanından hakim Respublikaçılar Partiyasının ofisinə doğru hərəkət edir.

Teleqraf.com xəbər verir ki, polis hakim partiyanın ətrafına əlavə qüvvələr cəlb edib. Eyni zamanda əraziyə zirehli döyüş maşınları gətirilib.

Hakim partiyanın ofisi Melik Adamayn küçəsində yerləşir. Pilos ofisi mühasirəyə alsa da, dəbilqə və qalxanları endirib.

***

Ermənistanın üçüncü böyük şəhəri olan Vanadzorda da etirazlar başlayıb. Etirazların əsas aparıcı qüvvəni Vanadzor Dövlət Universitetinin tələbələridir.

***

Nikol Paşinyan öz Feysbuk səhifəsində Avropa Birliyinin Ermənistandakı səfirləri ilə görüşdüyünü bəyan edib. O, yaxın zamanlarda Rusiya və ABŞ-ın Ermənistandakı səfirləri ilə də görüşəcəyini yazıb.

***

Nikol Paşinyan Karen Karapetyanın son açıqlamasına cavab verib.

O, heç bir halda Respublika Partiyasının rəhbərliyi altında növbədənkənar seçkiyə getməyəcəklərini deyib. Paşinyan belə bir təcrübəni 2017-ci ildə yaşadıqlarını bildirib:

“İnqilab göstərdi ki, Respublika Partiyası Ermənistanda hökm edə bilməz. Serj Sərkisyan istefaya getdi, amma Respublika Partiyası hələ də hakimiyyətdədir”.

O, Sərkisyanın Ermənistanı kölgədən idarə etmək istədiyini deyib.

***

İrəvanda Mərkəzi Bank etirazçılar tərəfindən mühasirəyə alınıb. Etirazçılar xüsusi texnikanın Mərkəzi Bankın gətirilməsinə maneə yaradırlar.

***

Ermənistanın İrs Partiyası tərəfdarlarını İrəvandakı etiraz aksiyalarına qoşulmağa səsləyib. Məşhur erməni iş adamı Qagik Çarukyanın rəhbərlik etdiyi Çiçəklənən Ermənistan Partiyası da analoji bəyanatla çıxış edib.

Hazırda Ermənistanın ana müxalifəti Çarukyan Bloku sayılır. Blok parlamentdə 31 deputata sahibdir.

***

İrəvanda Respublika meydanında etiraz aksiyalarına start verilib.

Artıq etirazçılar meydana axın etməyə başlayıb.

Qeyd edək ki, Ermənistan Baş nazir əvəzi Karen Karapetyan ötən gün müxalifət lideri Nikol Paşinyanla bu gün saat 11:00-a təyin edilən görüşdən imtina etdi. Bundan sonra Paşinyan bu gün saat 11:00-a xalqı vətəndaş itaətsizliyinə və mitinqə çağırdı./Axar.az/


Müəllif: Teleqraf.com