25 Aprel 2018 20:13
1 173
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda hakim koalisiya dağılıb.

Teleqraf.com xəbər verir ki, "Daşnaksütyun" partiyası hakim koalisiyadan çıxmaq haqda qərar qəbul edib.

"Mövcud siyasi durumda Respublika Partiyası ilə siyasi koalisiyada iştiraka son qoymaq məqsədəuyğun hesab edirik. Xalq hərəkatı nəticəsində yaranmış vəziyyət artıq bir neçə gündür bütün cəmiyyəti gərginlikdə saxlayır. Əminik ki, yaranmış situasiya yalnız Konstitusiya və qanun çərçivəsində həllini tapmalıdır", - deyə partiyanın bəyanatında bildirilir. (APA)


Müəllif: Teleqraf.com