26 Aprel 2018 14:19
1 190
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yüksələn Avrasiyada Türkiyə-Rusiya münasibətlərinin gələcəyi mövzusuna həsr olunmuş Antalya zirvəsində iştirak edən Rusiya prezidentliyinə eks namizəd, Rusiya Ümumxalq İttifaqı Partiyasının üzvü Sergey Baburin yerli və xarici media nümayəndələrinə müsahibə verib.

Teleqraf.com xəbər verir ki, müsahibədə Baburin bildirib ki, Türkiyə və Rusiyanın arasında olan münasibətlər dünyanın və o cümlədən Avropanın gələcəyi, qarşılıqlı münasibətlərini təmin edir.

“Dünya sanki dəli olub, çıldırıb” deyə sözə başlayan Baburin eyni zamanda bildirib ki, Rusiyaya qarşı sanksiyalar, bunun qarşılığında Rusiyanın atdığı addımların dünyada yaratdığı gərgin vəziyyət soyuq müharibə dönəmindən də daha kəskin sayıla bilər. O jurnalistlərin çoxsaylı suallarına cavab verib.


Müəllif: Teleqraf.com