26 Aprel 2018 21:24
3 155
12 Punto 14 Punto 16 Punto 18 Punto

21:22

Ermənistanın paytaxtı İrəvanda etiraz aksiyaları davam edir.

Teleqraf.com xəbər verir ki, hərəkatın lideri Nikol Paşinyan çıxışında bildirib ki, əgər o, baş nazir seçilməsə, bu posta başqa heç kəs seçilməyəcək. Paşinyan bütün parlament fraksiyalarının ortaq qərarı ilə bu vəzifəyə irəli ürüləcəyinə ümidini ifadə edib.

19:08

Bu gün axşam saatlarına İrəvanda keçiriləcək mitinqdə Ermənistan müxalifətinin lideri Nikol Paşinyan xüsusi bəyanatla çıxış edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə o, özünün “Feysbuk” səhifəsində qeyd edib.

“İnqilab davam etməli və real nəticələr verməlidir. Hamını bu gün Respublika meydanında olmağa çağırıram, çünki strateji əhəmiyyətli bəyanat səslənəcək”, - Paçinyan deyib.

O əlavə edib ki, mitinqdə etiraz hərəkatının ikinci mərhələsinin “yol xəritəsi” açıqlanacaq.


Müəllif: Teleqraf.com