12 Avqust 2014 10:11
1 251
12 Punto 14 Punto 16 Punto 18 Punto

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın növbəti şeiri tərcümə edilib

Teleqraf.com modern.az saytına istinadən “Vaxt” adlı şeiri təqdim edir.

Vaxt! Dayan, yalvarıram,

Hara uçursan yenə?

Sənə deyirəm, sənə,

Al məni yedəyinə.

Tələsirsən de, hara?

Böl dərdini mənimlə.

Mən də ürək qızdırıb

Sirlər açaram sənə.

Bu keçdiyin həyatda

Nələr gəlmiş başına?

Heç kəsdən qorxun yoxdur,

Qalmısan özbaşına.

Əzib keçirsən həmən,

Hər nə çıxsa qarşına

Tələsirsən həmişə,

Tələsirsən, de, hara?

Axı səndə nə var ki,

Dünyada oxşarı yox –

Rica edirəm, anlat.

Ruhun – alov püskürür,

Qəlbin – daim narahat...

Bəlkə də bu həyatda

çox az şey bilirəm mən.

Bəzən də düşünrəm:

Allah, nələr bilirəm..!

Baxırsan hər şeyim var,

Ruhumsa itir-batır.

Dörd yanım adam dolu,

Təklikdən qulaq batır...

Gözlərimi bir anlıq

Açmağımı görürəm,

Ətrafa, insanlara

Acıyıram, yanıram.

Başa düşəndə ki, mən,

Özüm də çarəsizəm.

Qalmayır başqa çarəm,

Gözümü tez yumuram...

Həyatı anladıqca,

Bir-bir xırdalayıram.

Teldən incə nə var ki?

Qırmağa güc tapmıram.

Gülüş verib üzümə,

Nəzakət dumanında

Ömrümü yaşayıram...

Ey ulu Vaxt, unutma,

Bu anı, bu balkonu,

o dənizi, gəmini...

Vaxt! Məni burda qoyma,

Hara uçursansa uç,

Götür qanadlarına

uzağa apar məni...

Rus dilindən çevirəni: Mahir Qabiloğlu


Müəllif: