12 Avqust 2014 12:41
1 659
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda pultla maşını idarə edən və Xəzər rayon məhkəməsi tərəfindəm 25 sutka həbs cəzası alan Orxan Əhədovun kimin qohumu olduğu məlum olub.

Məlumata görə, o, “Binə” ticarət mərkəzinin rəhbəri Kəbirə Məmmədovanın qardaşı nəvəsidir.

Onu da bildirək ki, gənc avtoşun yaxın günlərdə nişanı olacaqmış. 25 sutka azadlıqdan məhrum olunan Orxanın nişanı da bu səbəbdən hələ ki, təxirə salınıb.

Qeyd edək ki, 12 avqust 1988-ci il təvəllüdlü Əhədov Orxan Babaverdi oğlu "Porsche Cayenne" "cip" markalı 90 FA 012 dövlət nömrə nişanlı avtomobilin sürücüsü olub.

O, pult vasitəsilə istənilən zaman avtomobilin səsboğucu qazanlarının səsinin artırıb-azaldılmasını, həmçinin mexanizm vasitəsi pərdələrin çəkilməsi ilə dövlət nömrə nişanlarının görünməməsini nizamlayır: "Yəni dövlət nömrə nişanının üzərinə qara örtük çəkərək avtomobilin nömrəsiz idarə edilməsinə cəhd edib. Bu azmış kimi, sürücü Zaqulba prospekti ilə hərəkət edərkən yol boyu polisin saxlama işarəsinə əhəmiyyət verməyərək hərəkətini davam etdirib. Eləcə də yaradılmış süni maneəyə baxmayaraq əks istiqamətdə həmin yolla qarşılıqlı hərkət zolağı ilə hərəkətdə olan avtomobillərə qəza şəraiti yaradaraq, yol boyu nizamlanan yol ayrıclarında işıqforun tələblərini pozaraq yüksək sürətlə digər hərəkət iştirakçılarının həyatına real təhlükə yaradıb. Radiocihaz vasitəsilə həmin hərəkət istiqamətində tam süni sıxlıq yaratmaqla avtomobil sürücüsü ilə birgə saxlanılıb və barəsində tərtib edilmiş sənədlər aidiyyəti üzrə məhkəməyə göndərilib. Beləliklə, İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsi ilə avtoxuliqanlıq etdiyinə görə sürücü cəzalandırlıb

/qafqazinfo/


Müəllif: