12 Avqust 2014 12:56

Qazaxıstanın Astana şəhərində İSO-nun beynəlxalq forumu keçirilib


Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, bu forumda Avropa və Mərkəzi Asiyanın 20-dən çox ölkəsinin milli standartlaşdırma orqanlarının yüksək vəzifəli nümayəndələri, eləcə də, İSO-nun Baş katibi Robert Entoni Stil və Qazaxıstanın baş nazirinin 1-ci müavini Aset İsekeşev iştrak edib.


Forumun əsas məqsədi intellektual mülkiyyətin formalaşdırılması, müştərilərin ehtiyaclarının ödənilməsi və iştirakçı ölkələrin milli bazar strategiyalarının inkişafı üçün aktual məsələlərinin müzakirəsi olub.


Azərbaycanı bu tədbirdə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun direktoru Sabiq Abdullayev təmsil edib.

Qeyd edək ki, bu forum ötən il Bakıda təşkil edilib.


Müəllif:
Загрузка...