12 Avqust 2014 13:08

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Yaponiya ilə əlaqələr qurur

Nizami Gəncәvi Beynәlxalq Mәrkəzinin Baş Katibliyi qurumun beynәlxalq әlaqәlәrini güclәndirmək, həmçinin Diasporla İş üzrә Dövlәt Komitәsinin dәstəyi ilə təşkil ediləcək III Qlobal Müştәrәk Cәmiyyәtlәr Forumuna hazırlıqla əlaqədar Yaponiyanın paytaxtı Tokioya sәfәr edib. Sәfәr zamanı Yaponiyanın ictimai-siyasi xadimləri ilə keçirilmiş görüşlərdə dünyanın qlobal problemlәri, eləcə də Azәrbaycanla Yaponiya arasında mәdәni vә elmi әməkdaşlığın möhkәmləndirilmәsi istiqamәtindә geniş fikir mübadilәsi aparılıb.

Bu barədə Teleqraf.com-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Tokioda Yaponiyanın sabiq baş naziri Yukio Hatoyama, YUNESKO-nun sabiq rəhbəri Koichuro Matsuura, Sasakava Sülh Fondunun baş mәslәhәtçisi Yoshiaki Sasaki, hökumətin iqtisadi mәsələlər üzrә sabiq müşaviri vә Çiba Universitetinin prezidenti Horuo Shimada, Xarici Әlaqәlәr Komissiyasının beyin mәrkәzlәrindәn biri olan Genron NPO şirkətinin prezidenti Yasushi Kudo, həmçinin Şәrqi Asiya Cәmiyyəti İnstitutu, Yaponiyanın Afrika Cәmiyyəti, İnkişaf etmәkdә olan iqtisadiyyatlar institutunun rәhbәrliyi ilә görüşlәr keçirilib. Səfər çərçivəsində dünyanın nәhәng korporasiyalarından biri sayılan “Bridgestone”nun rəhbәrliyi ilә dә müzakirәlәr aparılıb.
Müzakirәlәrin sonunda Yaponiyanın sabiq baş naziri Yukio Hatoyama Nizami Gәncәvi Beynəlxalq Mərkəzinə dəvəti qəbul edib və qurumun üzvü olub. Yukio Hatoyama, eləcə də digər sabiq baş nazir Yasuo Fukuda, YUNESKO-nun sabiq baş direktoru Koichura Matsuura vә həmçinin Yaponiyanın bir sıra nüfuzlu ictimai-siyasi xadimləri 2015-ci ildә Bakıda keçiriləcәk III Müştərәk Cəmiyyәtlәr Forumuna dəvət olunub. Qeyd edək ki, 2015-ci il forumu çәrçivәsindә müzakirә ediləcək mövzulardan biri Yaponiya, Çin, Koreya, ABŞ inteqrasiyası və qlobal təhlükəsizliyin yaradılmasında onların rolu olacaq.

Səxavət


Müəllif:
Загрузка...