12 Avqust 2014 16:27
1 281
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xüsusi istedadlı birincilərin müsahibəsi davam edir

Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu ilə bağlı avqustun 5-dən keçirilən müsahibələrdə iştirak edən uşaqlardan 704-ü I sinfə qəbul olunub.

Bakı şəhəri üzrə Təhsil İdarəsindən Teleqraf.com-a daxil olan məlumata görə, müraciət edənlərdən 529-u müsahibədən keçə bilməyib. Qeydiyyatdan keçən 47 şagird müsahibəyə qatılmayıb.

İdarədən o da bildirilib ki, müsahibədə iştirak edərək, qəbul olmayanlar yenidən qeydiyyatdan keçə bilməzlər. Hazırda qeydiyyatdan keçmiş 3012 nəfər müsahibəni gözləyir.

Qeyd edək ki, təhsil nazirinin “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları” barədə əmrinə müvafiq olaraq Bakı şəhərində yerləşən və BŞTİ-nin tabeliyində olan məktəblərə qəbul elektron ərizələr vasitəsilə aparılır.

Elektron ərizələrin qəbulu avqust ayının 20-dək, müsahibələr isə sentyabrın 10-na qədər davam edəcək.
BŞTİ-dən verilən məlumata görə, indiyədək 3012 nəfər qeydiyyatdan keçib. Qeydiyyat avqustun 20-dək, müsahibələr isə sentyabrın 10-dək davam edəcək.

SEVİL


Müəllif: