16 May 2018 12:17
1 033
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycana Türkiyədən insan sağlamlığı üçün yararsız hesab edilən qidalar idxal edilməyib.

Teleqraf.com xəbər verir ki, bu sözləri Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bununla bağlı yerli qurumlar tərəfindən də araşdırma aparılıb: “Türkiyənin Qida, Əkinçilik və Heyvandarlıq Nazirliyinin rəsmi internet səhifəsində həmin məhsullar sərgilənmişdi. Bildirilmişdi ki, həmin məhsullar insan qidası üçün yararsız olduğuna görə Türkiyədən ixracı qadağan edilib. Azərbaycandakı müvafiq qurumlarla əlaqə saxladıq. Dövlət Gömrük Komitəsi və Səhiyyə Nazirliyindən bizə daxil olan məlumata əsasən idxal prosesində həmin məhsulların heç biri aşkarlanmayıb.

Buna baxmayaraq bizim tərəfimizdən ticarət şəbəkələrində də monitorinq aparıldı. Azərbaycan ticarət şəbəkələrində həmin məhsulların satışı qeydə alınmadı”.


Müəllif: Gülxar