12 Avqust 2014 18:06
1 151
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Murmansk Texniki universitetinə məxsus “Sedov” adlı gəmisi İsveçin Trelleborq limanına buraxılmayıb

Bunu universitetin dəniz məsələləri üzrə prorektoru Nikolay Porunov bildirib.

Onun sözlərinə görə, İsveç tərəfi gəminin limana hansı səbəbdən buraxılmaması ilə bağlı heç bir açıqlama verməyib.

“Hazırda məsələ ilə bağlı araşdırma aparırıq, hələ ki bizə heç bir səbəb demirlər”, - deyə Porunov bildirib.

Qeyd edək ki, “Sedov” gəmisi Trelleborq şəhərinin meri tərəfindən dəvət olunmuşdu.

/Axar.az/


Müəllif: