17 May 15:19

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi vəzifəsinə təyin olunan Vəsilə Vahidqızı yeni işi ilə bağlı açıqlama yayıb.

Teleqraf.com-un məlumatına görə, o, yeni işə keçməsiylə bağlı məlumatı yayan bütün media orqanlarına və onu təbrik edən insanlara təşəkkürünü bildirib:

"Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyinə minnətdaram ki, bu məsuliyyətli işi mənə həvalə ediblər. İctimai Televiziyaya, orada çiyin-çiyinə çalışdığım insanlara borcluyam ki, təcrübə qazanmağımda payları oldu. Bu illər ərzində ictimai yayımçının funksiyalarının yerinə yetirilməsi, onun xarakterinə uyğun proqramların hazırlanması üçün əlimdən gələni etməyə çalışdım.

İTV ilə əməkdaşlıq bitmir, davam edəcək. Hamımızın yolu açıq olsun".

***

12:56

İctimai Televiziyanın şöbə müdiri və aparıcısı Vəsilə Vahidqızı Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi vəzifəsinə təyin olunub.

Bu barədə Teleqraf.com-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilir ki, V.Vahidqızı İTV-də bir sıra aktual mövzularla yanaşı, diaspor mövzusunda da müzakirələrin aparıcısı olub. Bundan sonra da dövlət komitəsi dünyanın müxtəlif ölkələrindəki diaspor təşkilatları, Azərbaycan icmaları və ayrı-ayrı soydaşlarımızın fəaliyyəti bağlı ictimaiyyəti məlumatlandırmaqda davam edəcək. Qeyd olunur ki, dövlət komitəsi İctimai Televiziya ilə birgə ixtisaslaşmış televiziya proqramını tamaşaçılara təqdim etməyi planlaşdırır. Bu layihə çərçivəsində V.Vahidqızı İTV ilə əməkdaşlığını davam etdirəcək.


Müəllif: Səxavət
Загрузка...