18 May 2018 12:24
809
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Beynəlxalq təcrübəyə uyğun olaraq Azərbaycanda baytarlıq, fitosanitar, sanitar nəzarəti üzrə sərhəd yoxlanılması Dövlət Gömrük Komitəsinə həvalə edilib".

Teleqraf.com xəbər verir ki, bunu komitənin sədri Səfər Mehdiyev deyib.

O bildirib ki, bu, gömrük-sərhəd buraxılış məntəqələrindən keçirilən qida məhsullarının gömrük orqanları tərəfindən "bir pəncərə" prinsipi əsasında baytarlıq, fitosanitar nəzarətdən keçirilməsi zamanı süni maneələrin aradan qaldırılmasına xidmət edəcək.

S.Mehdiyev əlavə edib ki, eyni zamanda, bu proses idxal-ixrac əməliyyatlarının müasir tələblərə uyğun aparılmasına, gömrük nəzarət əməliyyatlarının operativliyinin təmin olunmasına və dövlət sərhəd keçid məntəqələrinin buraxılış qabiliyyətinin artırılmasına müsbət təsir göstərəcək: "Bu istiqamətdə dövlət gömrük komitəsi müvafiq qurumlarla onlayn şəkildə rabitə vasitələri yaradıb və birgə server, birgə idarəetmə vasitəsilə qarşılıqlı məlumatların ötürülməsini təmin etməkdədir".


Müəllif: Teleqraf.com