18 May 2018 12:56
703
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu ədalətsizliklə rastlaşıb onu qəbul etmək mənim üçün o qədər də asan deyil. Ömrümün böyük bir hissəsini Avropa-Azərbaycan münasibətlərinin formalaşmasına, Avropa mədəniyyəti, dəyərlərinin Azərbaycana gətirilməsinə həsr etmişəm”.

Teleqraf.com xəbər verir ki, bu sözləri millət vəkili Səməd Seyidov Milli Məclisdə Avropa Şurası Parlamnet Assambleyası tərəfindən ona qarşı tətbiq edilən sanksiyalardan danışarkən deyib.

S.Seyidov onu da vurulayıb ki, bu sanksiyalar Azərbaycana təzyiq məqsədi daşıyır: "Ancaq bir vətəndaş kimi mən qürur hissi keçirirəm. Yüksək səviyyəli şəxslərə, sıravi insanlara təşəkkür edirəm. Hər kəs bilir ki, bu, ikili standartdır, Azərbaycana təzyiqdir. AŞPA-da qayda-qanunu pozan insanlar heç vaxt sanksiyalara məruz qalmayıb. Etnik təmizləmə aparan, ərazilərimizi işğal edən Ermənistan sanksiyalara məruz qalmayıb. Azərbaycan haqq sözünü ortaya qoyanda sanksiyaya məruz qoyulur. Prezidentin siyasəti nəinki Azərbaycanda, artıq Avropada da öz bəhrəsini göstərir. Nümayəndə heyətinin rəhbəri kimi qeyd edim ki, Azərbaycanın uğurları, cənab prezidentin gördüyü işlər, imzalanan müqavilələr, ölkəmizdə sabitliyin olması əsas hədəfdir. Bu sanksiyalar mənim üçün qürur və şərəfdir. Səməd Seyidov indi nümayəndə heyətinin rəhbəridir, sabah sıravi vətəndaş olacaq. Biz siyasi cəbhədə vuruşuruq. Cəbhədə bizim övladlarımız isə daha böyü təhlükə ilə mübarizə aparır”.

S.Seyidov bildirib ki, bu Azərbaycanın Avropa məkanından kənarlaşdırılması siyasəti ölkəmizin Avropaya inteqrasiyasının ilkin nəticələrinin ortaya çıxmasından sonra verilən qərardır.

“Bundan sonrada cənab prezidentin siyasətini sözümüzlə, məntiqimizlə müdafiə edəcəyik.Səməd Seyidovla yanaşı nümayəndə heyətinin 12 üzvü var və birimizin səsini alsalar, digəri çıxış edəcək. Biz mübarizəmizi davam etdirəcəyik”.


Müəllif: Teleqraf.com