19 May 2018 17:20
712
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Kayseri şəhərində yaşayan azərbaycanlılar müqəddəs Ramazan ayı münasibəti ilə iftar yeməyində bir araya gəliblər.

Teleqraf.com xəbər verir ki, tədbirin təşkilatçısı Elşən Qənbərov iftardan sonra Kayseridə Azərbaycan Mədəniyyət, Təhsil və Həmrəylik Dərnəyinin qurulduğunu elan dib.

O, qeyd edib ki, təşkilatın hədəfi Kayseridə və ətraf bölgələrdə yaşayan və fəaliyyət göstərən həmvətənlərimizi bir araya gətirməkdir: “Çalışacağıq ki, mədəniyyət, sosial və təhsil sferalarında fəaliyyət göstərən həmvətənlərimizi bir araya toplayaq. Bizim bir arada və həmrəy olmağımız vətənimiz Azərbaycanın haqq səsinin bütün dünyaya çatdırılmasını təmin edəcək”.

İdarə heyətinin qərarı ilə Elşən Qənbərov dərinəyin sədri seçilib.


Müəllif: Mənsur Rəğbətoğlu