23 May 2018 19:20
1 055
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rüstəm İbrahimbəyov bir daha özünün iç dünyasını göstərdi və Azərbaycana öz həqiqi münasibətini ortaya qoydu.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib.

O qeyd edib ki, R.İbrahimbəyov çəkdiyi “Qafqaz üçlüyü” filmində onu böyüdən və dəstək verən Azərbaycan xalqını vəhşi, qəddar, riyakar, mədəniyyətsiz, milli kökləri olmayan obrazda, torpaqlarımızı işğal edən və başımıza Xocalı faciəsini gətirən ermənilər isə ailicənab, sülhsevər, “vəhşi türkün qurbanı” kimi təqdim edib:

“Onun öz doğma xalqına nifrətinin səbəbləri bilinmir, ancaq o bu yoldan əl çəkmək istəmir. Bu nifrət və küdurətlə o hətta Azərbaycana prezident də olmaq istəyirdi. Yəqin ki, onun bu vəzifədə ilk addımı ölkəmizin və xalqımızın adının dəyişdiriliməsi olacaqdı”.

A.Mirzəzadə sonda belə bir sualla çıxış edib:

“Vaxtilə Rüstəm İbrahimbəyovu özünə lider seçən siyasi müxaliflərdən cavab gözləyirəm; sizin də bir zaman ortaya qoyacağınız “Qafqaz üçlüyünüz” var?”

Qeyd edək ki, “Qafqaz üçlüyü” filmində Azərbaycan xalqı vəhşi, qəddar, riyakar, mədəniyyətsiz, milli kökləri olmayan obrazda, ermənilər isə ailicənab, sülhsevər, “vəhşi türkün qurbanı” kimi təqdim olunurlar. Filmin ssenari müəllifi Rüstəm İbrahimbəyov, rejissoru Eldar Şengelaya, Fuad İbrahimbəyovdur. Filmin başlanğıcında tamaşaçılara azərbaycanlı uşaqın qorxaq obrazı fonunda mərd, güclü, təmənnasız və geniş ürəkli erməni uşağının obrazı təqdim olunur.


Müəllif: Səxavət Həmid