23 May 2018 21:55
3 251
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqları davam etdirməyə hazırdır.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Zöhrab Mnasakanyan yerli jurnalistlərə açıqlamasında bildirib.

“Ermənistan tərəfi Qarabağ problemi üzrə danışıqları davam etdirməyə hazırdır. Biz ATƏT-in Minsk qrupunun həmsədrləri ilə əlaqə yaradırıq və Azərbaycan rəhbərliyi ilə görüşləri bərpa etməyi planlaşdırırıq”, - deyə Mnasakanyan qeyd edib.

Nazir eyni zamanda bildirib ki, Ermənistan münaqişənin yalnız dinc yolla həllinin tərəfdarıdır.


Müəllif: Teleqraf.com