24 May 2018 15:21
1 541
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalqına xəyanət edəni nə cəmiyyyət, nə də tarix əfv edir. Rüstəm İbrahimbəyov “Qafqaz üçlüyü” filmini çəkməklə xalqına xəyanət, dövlətinə və millətinə düşmənçilik etdi. Ancaq məsələ təkcə bu da deyil.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

O qeyd edib ki, R.İbrahimbəyovun çəkdiyi film uzun müddət işğalçı Ermənistanın ideoloqlarının əlində Azərbaycana qarşı effektiv yumşaq güc silahı olacaq:

“Əslində bu film elə erməni maliyyəsi və erməni xislətilə çəkilib. Çünki öz etdiyi vəhşilikləri başqasının adına yazmaq siyasəti erməni əxlaqsızlığının ənənəsidir. Azərbaycan xalqına qarşı ən qəddar faşizim hərəkətlərini ermənilər edib, Xocalı soyqırımını, Malıbəyli faciəsini ermənilər törədib, beş yaşlı uşağın dərisini zori balayanlar soyub. Çəkdiyi filmlə İbrahimbəyov özünü erməni faşistləri ilə bir sıraya qoydu. Onların xalqımıza qarşı etdiyi cinayətləri bizim onlara qarşı etdiyimiz kimi göstərdi. Bu, namərdlik və əxlaqsızlıqdır”.

H.Babaoğlu əlavə edib ki, filmdə Dağlıq Qarabağ münaqişəsinin səbəbi kimi azərbaycanlıların ermənilərə olan nifrəti göstərilir, azərbaycanlıların qorxaq, riyakar obrazı yaradılır, hətta öz övladının ölüm xəbərini öyrənmək üçün Azərbaycana gələn erməni qoca döyülür və bununla da azərbaycanlıların nə qədər qəddar, mənəviyyatsız və antihumanist olduğu diqqətə çatdırılır:

“Ermənilər tərəfindən son yüz ildən artıq bir vaxtda soyqırıma, xəyanətə hər cür vəhşiliyə məruz qalan, lakin bununla belə heç vaxt silahsız insanlara atəş açmayan, daim öz tarixi humanizm ənənələrinə sadiq qalan bir xalqı bu cür təsvir etmək düşmənçilik və xəyanətdir. Azərbaycan xalqı heç vaxt bunu unutmayacaq.

İbrahimbəyov ermənilərə xidmət edən, erməni işğalına bəraət qazandıran bu filmi çəkməklə Əkrəm Əylislini və onun iftira dolu “Daş yuxular”ını da kölgədə qoydu. Millətinə xəyanətdə ondan da bir addım qabağa getdi. Əylisli Azərbaycan cəmiyyətinin bir qismini hədəf alaraq təhqir edirdisə, İbrahimbəyov bütövlükdə Azərbaycan xalqını, onun dəyərlərini hədəfə çevirir”.

Deputat qeyd edib ki, R.İbrahimbəyov üstəlik, bu mənəviyyat və bu əxlaqla siyasətçi olmağa cəsarət edir, ermənipərəst mərkəzlərin yaratdlığı “Milli Şura” layihəsində yer alır, bu qondarma qurumdan prezidentliyə namizəd olaraq irəli sürülür:

“İndi həmin “Milli Şura”nın həmsədrləri olan Cəmil Həsənlilər, Əli Kərimlilər görəsən, niyə İbrahimbəyovu qınamırlar? Axı söhbət Azərbaycan xalqını təhqir etməkdən, onu gözdən salmaqdan gedir. Həqiqi siyasətçi və həqiqi Milli Şura bunu qəbul etməməlidir. Ancaq bəllidir ki, həsənlilər və kərimlilər də ibrahimbəyovlar kimi eyni erməni ağalarından tapşırıq alırlar və əsla belə xəyanətləri qınaya bilməzlər. Ancaq Azərbaycan xalqı belə xəyanətləri çox görüb, buna baxmayaraq öz Prezidentinin ətrafında sıx birləşərək neçə xəyanətlərin öhdəsindən gəlməyi bacarıb, 2016-cı i aprel ayında ən yeni hərbi-siyasi tariximizin şanlı səhifəsini yazıb.

Erməni işğalçılarını narahat edən də, ibrahimbəyovları, əylisliləri, kərimliləri özündən çıxaran da elə budur.

Ancaq xalqımız kimin kim olduğunu bilir və bu filmi çəkənlər bir daha özlərinin kim olduğunu yaxşıca göstərmiş oldular. Azərbaycan onsuz da heç nəyə baxmayaraq, öz ərazi bütövlüyünü bir yolla bərpa edəcək. Xalqımıza, dövlətimizə xəyanət edənləri isə hec vaxt bağışlamayacaq”.


Müəllif: Səxavət Həmid