24 May 2018 21:14
1 517
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qafqaz üçlüyü” filmi haqqında səslənən fikirlərlə tanış olduqdan sonra beynimdə ancaq bir sual dolaşır, bu adam Azərbaycan prezidenti olsaydı, bizim aqibətimiz necə olacaqdı?

Bunu Teleqraf.com-a açıqlamasında millət vəkili Tahir Kərimli deyib.

Millət vəkili vurğulayıb ki, Rüstəm İbrahimbəyovla bağlı irəli sürülən ittihamlar və iddialar öz təsdiqini tapır:

“O, yenə də Roman Babayanla azərbaycanlıların əleyhinə növbəti bir filmi çəkmək istəyir. Hesab edirəm ki, bu adamı Azərbaycan vətəndaşlığından məhrum etmək lazımdır. Sən öz intellektual səviyyənlə Azərbaycana çox xeyir verə bilərdin, amma sənin öz millətinə olan nifrətin buna imkan vermədi. Azərbaycana qarşı törədilmiş bu qədər soyqırımları, işğalları görmədən erməniyə, rusa - azərbaycanlılara qarşı olan hər kəsə nökərçilik etmək hesabına başqa millətləri yüksəltmək, hansı insanlığa yaraşır? Millətə, dövlətə bu dərəcədə zərbə vurmaq olmaz. Sən kimlərinsə gözlərində qalxdın, amma bu millətin gözündən düşdün. Heç vaxt başqalarına yarınmaqla bu millətin gözü ola bilməzsən. Sən özünü öz kökündən məhrum etdin”.

Tahir Kərimli bildirib ki, Rüstəm İbrahimbəyov təkcə özünə yox, vaxtilə onu dəstəkləyən bütün müxalifət cəbhəsinə də zərbə vurub: “ Çünki həmin şəxslər onu prezident etmək istəyirdilər. Azərbaycanla düşmənçilik edən ölkələrdə əlehimizə film çəkmək bağışlanılan xəyanət deyil. Mən belə bir adamın Azərbaycan vətəndaşı olmasını qəbul edə bilmirəm. Cənab prezidentə müraciət edirəm ki, Rüstəm İbrahimbəyov Azərbaycan vətəndaşlığından məhrum edilsin”.


Müəllif: Mənsur Rəğbətoğlu