24 May 2018 17:30
1 078
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Faiq Ağayev rejissor Rüstəm İbrahimbəyovun Azərbaycan xalqını təhqir edən “Qafqaz üçlüyü” filminə etiraz edib.

Bu barədə Teleqraf.com-a danışan sənətçi rejissorun bu addımının yolverilməz olduğunu deyib.

Faiq Ağayev hesab edir ki, öz səhvinə görə xalqı qaralamaq doğru hərəkət deyil:

“Ayaz Salayevin Rüstəm İbrahimbəyov və “Qafqaz üçlüyü” filmi haqda məqaləsini oxudum. Onun fikirləri ilə tam razıyam.

İki il əvvəl bu film haqqında sosial şəbəkədə yazmışdım. Həmin vaxt da öz etirazımı bildirmişdim. Adamın ağlına elər sözlər gəlir ki, dilinə gətirsən, kənardan baxan pisləyər, amma bu sözlərin kökü var imiş - sapı özümüzdən olan balta, qınından çıxıb qınını bəyənməyən...

Bilmirəm, başa düşmürəm... İnsan problemlərini başqa cür yaşaya bilər. Amma öz səhvinə görə öz xalqını qaralamaq düzgün hərəkət deyil. Anlamaq çətindir”.


Müəllif: Mənsur Rəğbətoğlu